#25 «Kitabi Dədə Qorqud» dastanının «Bəkil oğlu İmran boyu»nda bəhs edilir: A) Gürcü feodallarının basqınlarına qarşı oğuz igidlərinin mübarizəsindən
B) «Qara donlu kafirlər»in türkləri bir-birilə salışdırmaq siyasətindən
C) Oğuz-Trabzon münasibətlərindən
D) Oğuzların başlıca olaraq əkinçiliklə məşğul olmasından
E) Oğuzların Şam, Rum (Bizans), o cümlədən Konstantinopolla geniş ticarət əlaqəsi saxlamasından
#26 1032-ci ildə Şirvana soxulmuş slavyan, alan və sərirləri qovdu: A) Şirvanşahlar hökmdarının muzdlu qoşunları
B) Şirvanşahlara köməyə gəlmiş gürcü qoşunları
C) Vətənin müdafiəsinə qalxan xalq
D) Şirvanlılara köməyə gəlmiş oğuz türkləri
E) Şirvanlılara köməyə gəlmiş Şəddadi qoşunları
#27 Slavyanlar Xəzəryanı torpaqlara 909-cu il yürüşü zamanı A) Şirvanşahların qoşunları tərəfindən məğlubiyyətə uğradıldılar
B) Gilan şahının hərbi qüvvələri tərəfindən darmadağın edildilər
C) Doğma torpağın müdafiəsinə qalxan xalq tərəfindən məğlubiyyətə uğradıldılar
D) Sarı adasını və sahil məntəqələrini qarət etdilər
E) Bakı ətrafını və digər sahil məntəqələrini qarət etdilər
#29 1. Paytaxtı Yezidiyyə olmuşdur
2.Dərbənd səddini təmir etdirmişdir
3. Dərbənd əmirliyini tabe etmişdir
Göstərilənlər aiddir: A) Salarilər dövlətinə
B) Sacilər dövlətinə
C) Rəvvadilər dövlətinə
D) Şəddadilər dövlətinə
E) Şirvanşahlar dövlətinə