Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Rəssamlığın,
qrafikin başqa-başqa texnikaları, basmalar, yonmaq, aplikasiya, kağız plastikası kollaj,
mozaika, konstruksiya; kompyuter texnologiyaları; cızmaq, əymək, burmaq, toxumaq, naxış vurmaq,
toxumaq, tikmək, taxtanı yonmaq.
İdeyaların ifadə edilməsi:
Fənlər və onların fnksiyaları arasındakı
əlaqələrin, assosiasiyaların verilməsi, detalların tanınması
və təsvir edilməsi: ideya mənbələri: məşhur rəssamların əsərləri, təbiət hadisələri, həyatda görülən
səhnələr, təsvir, bədii ədəbiyyat, film, konsert, tamaşalar, informasiya vasitələri.
Ehtimal olunan mövzular:
“İlin dörd fəsli”, “Sevimli ədəbi qəhrəmanım”, “Mifoloji motivlər”, “Əfsanələr aləmi”, “Doğma
guşə”, “Qəhrəmanlıq” və sairə.
Əmək fəaliyyəti::
Dekorativ və tətbiqi əşyalar, teatral rekvizitləri (kostyum və dekorativ detallar); interyer eskizləri,
təbrik məktubları və dəvətnamələri, ziyafət və teatral təqdimatların afişasını hazırlamaq, kitabları
cildləmək, avadanlığı
təmir etmək; müstəqil, cütlərdə və qrupda işləmək.
Kommunikasiya :
İşin geniş auditoriya qarşısında təqdimatı (düşüncə, emosiya, məqsəd və məsələlərin müzakirəsi);
təəssüratlarla, müşahidələrlə, təcrübələrlə paylaşmaq, qiymətləndirmək və onları əsaslandırmaq;
lazımi terminologiyadan istifadə etmək; konkret mədəni xüsusiyyətlər, əsərdən götürülən informasiya
barədə söhbət aparmaq; sinif və məktəb sərgisi, səhnəcik, aksiya, incəsənət xadimləri ilə görüşlər,
muzeylərə, qalereyalara, şəhərkənarı ekskursiyalara getmək.
Kontekstdə incəsənətin dərk edilməsi:
Təsviri incəsənətin məşhur nümunələrini (yaxud da onların reproduksiyalarını) nəzərdən keçirmək,
tanımaq və dövr və mədəniyyətə aid etmək; bədii qərarlara tarixi-dini-mədəni kontekstin təsiri;
yerli incəsənət xadimləri haqqında informasiya toplamaq və onların yaradıcılıqlarının təhlili;
mədəniyyətlə əlaqədar müəssisələr (muzey, qalereya, konsert zalı, kinoteatr); sintez incəsəntində
təsviri
incəsənətin rolu; incəsənətlə əlaqədar peşələr.
T. T. İ.VII - 7