Təsviri və tətbiqi incəsənət, əmək təlimi 2009 Gir. T. T. İ. - 2
Təsviri və tətbiqi incəsənətin/əmək tədrisinin məsələləridir: müvafiq dəyər və yanaşmaları formalaşdırmaq, incəsənət və əmək fəaliyyəti ilə əlaqədar vərdiş-
bacarıqları inkişaf etdirmək və şagirdlərə lazımi bilik vermək; xüsusilə də:
Dəyərlər və yanaşmalar Vərdiş-bacarıqlar Bilik Milli və ümumbəşər
mədəniyyətinə, insan əməyinə
qarşı hörmət duyğularını
inkişaf etdirmək; hiss və şəfqət
bacarığını inkişaf etdirmək;
digər insanlara, fərqli fikirlərə
və dünyagörüşlərə tolerant
yanaşmaları formalaşdırmaq;
Yaradıcı düşüncə və anlayış
bacarığını inkişaf etdirmək;
emosional sahəni inkişaf
etdirmək; təsəvvür, zövq və
tənqidi düşüncəni inkişaf
etdirmək; baxış, məkan
təsvirlərinin, müşahidə etmək
bacarığının, görmə yaddaşı
və əl motorikasının inkişafı;
əmək vərdiş-bacarıqlarını
formalaşdırmaq; təsviri və
tətbiqi incəsənətdə praktiki
vərdiş-bacarıqları əldə etmək
Dünya haqqında
təsəvvürləri
formalaşdırmaq; özünün
və digərlərinin mədəni
irsləri ilə tanış olmaq;
təsviri incəsənət dilini
öyrənmək
İbitdai pillədə incəsənətin tədris-tərbiyəvi sahəsinin pedaqoji potensialını onun əyani növ
təbiəti müəyyən edir. Yaş xüsusiyytələrindən irəli gələrək, aşağı sinif şagirdlərində əyani praktiki
düşüncə və aləmin emosional dərk edilməsi üstünlük təşkil edir, buna görə də onlar üçün oyuna
əsaslanan fəallıqlar vacibdir, bu isə, incəsənətin müxtəlif sahələrinin (musiqi, rəsm) öyrənilməsi
xüsusiyyətinə çox yaxşı uyğun olur. Ibtidai pillədə incəsənətin tədrisi əsasən, uşaqların emosional
və əqli aləminə, əmək və kommunikasiya bacarıqlarının inkişafına xidmət edir.
Baza pilləsində incəsənət sahələrində əldə edilən praktiki vərdiş-bacarıqlar özünü tapmaq və
özünü təsdiq etmək prosesini asanlaşdırır. Eyni zamanda, bu yaş dövrü üçün əlamətdar olan dünyaya
qarşı kəskinləşdirilmiş yanaşmanı əhəmiyyətli şəkildə yumşaldır, çünki incəsənət əsərlərini anlamaq
bacarığı düşüncə və dünyagörüşə qarşı tolerantlığı nəzərdə tutur.
İbtidai pillə şərti olaraq iki mərhələyə bölünür: keçid X və XI-XII siniflə, bu zaman şagird
düşünülmüş seçimə hazırdır. Bu vaxt ona imkan verilir ki, öz maraqlarına əsasən müxtəlif fənn
qrupları ilə əlaqədar olan fəndən birini seçsin. X sinifdə praktiki vərdiş-bacarıqların mənimsənilməsi-
inkişafı incəsənət nümunələrinin təhlilində istifadə etdiyi bədii üslublara, müəllifin fikrinin daha
yaxşı anlanılmasına xidmət edir. Eləcə də şagirdlər müxtəlif növ layihələr həyata keçirirlər. Bütün
bunlar estetik fənlər qrupundan (məktəbin təklif etdiyi imkanlar hüdudlarında) seçim etməkdə
şagirdə yardım edir ki, XI və XII siniflərdə əldə edilən vərdiş-bacarıqlar və bilik dərinləşdirilsin
və peşəkar əsaslar qoyulsun. Qeyd etmək lazımdır ki, 2009-2010-cu ildən VIII, IX və X siniflərdə
estetik fənlər (1. Təsviri və təbiqi incəsənət/əmək təlimi; 2. Musiqi) trimestr prinsipinə əsasən
tədris edilir. VIII-IX siniflərdə məktəb özü qərara alır ki, bu iki fənn arasındakı saatları necə bölsün.
Ola bilsin ki:
musiqi 1 trimestrdə tədris edilsin, təsviri və tətbiqi incəsənət/əmək təlimi – 2 trimestrdə
•
musiqi 2 trimestrdə tədris edilsin, təsviri və tətbiqi incəsənət/əmək təlimi – 1 trimestrdə
•
Saatlar bu fənlər arasında eyni bölünür, yəni hər fənn bir trimestr yarım tədris edilir.
•