Mühümlük ölçüsü – statistik hipotezlərin yoxlanılması məsələsinin standart qoyuluşunda kriterinin ölçüsünü yuxarıdan məhdudlaşdıran müsbət ədəddir ( və ya, ekvivalent olaraq, 1-ci növ səhvin ehtimalıdır ). Mühümlük ölçüsü cədvəllərinin tərtibatında: 0,1; 0,05; 0,01 və s. tipli standart qiymətlərdən biri götürülür. Müşahidələrin verilmiş həjmində Mühümlük ölçüsünün azalması, kriterinin «həssaslığının» azalması hesabına 1-ci növ səhvin ehtimalının azalmasına səbəb olur ( 2-ci növ səhvin ehtimalının artmasına ). Buna görə də, real məsələlərdə mühümlük ölçüsünün seçilməsi 1-ci və 2-ci növ səhvlərin praktiki cəhətdən təsirlərini nəzərə alan məzmunlu mülahizələrə əsaslanır.