a) b)
Şəkil 4
Asimmetriyanın işarəsi modaya nəzərən təyin olunur: əgər əyrinin “uzun hissə”si modadan sağdadırsa asimmetriya müsbət, soldadırsa mənfi götürülür.
Standart normal paylanmanın ekssesi sıfırdır. Ona görə də, əgər hər hansı bir paylanmanın ekssesi sıfırdan fərqlidirsə, onda bu paylanma standart normal paylanmadan fərqlidir; əgər eksses müsbətdirsə, tədqiq olunan paylanma əyrisinin hündürlüyü normal əyridən çoxdur (şəkil 5, a); əgər eksses mənfidirsə, tədqiq olunan paylanma əyrisinin hündürlüyü normal əyridən azdır (şəkil 5, b).
Dostları ilə paylaş: |