Texnogen xarakterli fh


Bakıda neft platformasında yanğın hadisəsi



Yüklə 30,93 Kb.
səhifə6/6
tarix20.04.2023
ölçüsü30,93 Kb.
#101038
1   2   3   4   5   6
AR ərazisində baş verə biləcək Texnogen xarakterli FH[1][1]

Bakıda neft platformasında yanğın hadisəsi
Azərbaycanda baş vermiş ən böyük texnogen mənşəli hadisələrdən biri “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özü­­lündə sualtı qaz kəmərinin zədələnməsi nəticəsində baş verən yanğındır .4 dekabr 2015-ci ildə saat 17:40 radələrində “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğa nəticəsində yanğın baş verib. 5 dekabr 2015-ci ildə xilasetmə işlərinin sürətləndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. 6 dekabr 2015-ci ildə Azərbaycanda matəm elan edilib. “Günəşli” yanğını 1949-cu ildən başlamış Xəzər neft tarixinin ən böyük yanğını olub.Yanğının başvermə səbəbi dalğaların 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qıraraq, boru kəmərini zədələməsi idi. Hadisə vaxtı platformada 63 adam var idi.“Günəşli” yatağında qəza baş verən zaman 33 nəfər xilas edilib. Bu faciə nəticəsində 12 neftçi həlak olub, 18 nəfər isə itkin düşüb. Bundan əlavə, neft daşlarında baş vermiş qəza nəticəsində SOCAR Nəqliyyat İdarəsinin 3 nəfər işçisi də itkin düşüb. Qəza nəticəsində baş vermiş yanğın neft quyularının birində 15 dekabr, digərində isə 17 dekabrda söndürülmüşdür.


İstifadə olunmuş ədəbiyyatların siyahısı





  1. H.О.Оcаqov «Мülki müdafiə (Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi). Bakı-2010

  2. Rəsulov S.R., Allahverdiyev Z.S., M.M.İsmayılova. Qəza-xilasetmə işlərinin aparılma taktikası. Dərslik, Bakı-2015

  3. C.N.Qasimov “Mülkü müdafiə” Bakı-2012

  4. H.O.Ocaqov A.İ.Hacıyev “Sabitliyi pozan amillər və onların xarakteristikası” B-2003 

  5. H.O.Ocaqov A.İ.Hacıyev “Sabitliyi pozan amillər və onların xarakteristikası” B-2003 








Yüklə 30,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin