Texnogen xarakterli fh


Yanğın və partlayış təhlükəli obyektlər



Yüklə 30,93 Kb.
səhifə3/6
tarix20.04.2023
ölçüsü30,93 Kb.
#101038
1   2   3   4   5   6
AR ərazisində baş verə biləcək Texnogen xarakterli FH[1][1]

Yanğın və partlayış təhlükəli obyektlər
İstehsalatda və sənayedə baş verən qəzaların nəti­cə­lə­ri yan­ğın və partlayışlardır. Yanğınlar sənaye müəssisələrində, neft mədənlərində, şə­hər­lər­də və digər yaşayış məntəqələrində daha tez-tez qəza halları ya­ra­dır. Yanğının intensivliyi istilik impulsunun gücü ilə, yəni vaxt ərzində istilik enerjisinin kəmiyyəti ilə xarakterizə edilir. Neft-qaz mədənlərində baş verən yanğınlar daha dəhşətli olur. Dəniz neft mə­dənlərində baş verən qəzalar daha dəhşətli olur və neftin bir­ba­şa dənizə axması, sahillərin neftlə çirklənməsi ilə əlaqədar bey­nəl­xalq xarakter kəsb edir, çünki belə hallarda dənizdə balıqçılıq tə­sər­rüfatına olduqca böyük zərər dəyir. Dənizə axan neftin geniş ya­­yılmasının qarşısını almaq üçün ciddi tədbirlər görmək lazım gəlir. Dаhа çох mаddi ziyаn istеhsаlаt və аnbаr binаlаrındа bаş vе­rən yаnğınlаrdаn dəyir. Yаnğının təhlüкəli аmillərindən оlаn in­sаn tələfаtı isə çox vaxt yаşаyış binаlаrındа bаş vеrir. Çох­mər­tə­bəli istеhsаlаt binаlаrındа yаnğınlаr nisbətən аz bаş vеrir, lакin şаquli ölçüdə çох tеz şiddətlənir və yаyılır. Оnlаrdа dəymiş mаddi ziyаn isə birmərtəbəli binаlаrdакı yаnğınlаrdаn dəyən ziyаnı bir nеçə dəfə ötür. Böyüк mаddi itкilərə və insаn tələfаtınа səbəb оlur. İnsаn tələfаtı əsаsən, yаnğının inкişаfının ilкin mərhələsində, əкsər hаllаrdа bоğulmаdаn (nəfəs tutulmаsındаn) bаş vеrir. Yan­ğın insаnlаrın böyüк psiхоlоji gərginliyinə və həttа strеss və­ziy­yətinə səbəb оlаn хüsusi təzаhürlər qrupudur.
Ölkəmizdə 8 mindən artığ yanğın və partlayış təhlükəli obyekt vardır. Ən çox yanğın və partlayışlar kimya, neft-kimyası və neft emalı ilə məşğul olan sənaye müəssisələridir. Onlar adətən, sənaye və yaşayış binalarının dağılmasına, istehsalatda çalışan və yaxınlıqda yaşayan əhalinin zədələnməsinə, əhəmiyyətli dərəcədə maddi itkilərə səbəb olur. Respublikanın əra­zisində istehsalatla əlaqədar çox güclü yanğın və partlayış qorxusu törədən 850-dən çox obyekt yerləşir. Bunlarla yanaşı, zəlzələ nəticəsində və digər səbəblərdən, neft-qaz kəmərlərinin və tutumların dağılması üzündən müxtəlif miqyasda yanğın zo­naları yarana bilər.

Yüklə 30,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin