Tezislər / Theses


NEFT-QAZ YATAQLARININ GEOTERMAL ŞƏRAİTİ



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə9/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   5   6   7   8   9   10   11   12   ...   493
BHOS Tezisler 2022 17x24sm

NEFT-QAZ YATAQLARININ GEOTERMAL ŞƏRAİTİ 
Quliyeva A.R. 
Bak
ı
 Dövl
ə
t Universiteti 
Bak
ı
, Az
ə
rbaycan 
E-mail: aydan.quliyeva.00.00@mail.ru 
Elmi rəhbər: Məmmədova A.V. 
Açar sözlər:
Geotermal qradiyent, Yerin 
daxili
istiliyi, temperatur anomaliyaları, 
Geotermal enerji, alternativ enerji. 
Neft-qaz yataqları əsasən çökmə hövzələrdə əmələ gəlir. Çökmə höv-
zələr Yer qabığının materik platformalarında geniş yayılmışdı, əsasən dağ 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
12
qırışıqlıq zonalarının ətək hissələrində yerləşir və okeanlar, dəniz, göl və 
massiv kütlələrlə bağlı olur. Çökmə hövzələrdə çökən çöküntülərin sürəti 
müxtəlif olduğundan sürətlə çökən çöküntülər böyük qalınlığa və yüksək 
temperatura malik olur. Fasilə ilə çökən çöküntülər isə az qalınlığı və kiçik 
temperaturu ilə səciyyələnir. 
Müəyyən edilmişdir ki, hövzələrdə mövcud strukturlarda temperatur eyni 
dərinliklərdə gümbəz hissəsində qanadlara və periklinallara nisbətən yüksək 
olur. Müəyyən strukturlara görə qurulan xəritələrdə izotermlərin və izohips-
lərin belə uyğunluğu müşahidə olunur. Litosferdə flüidin temperaturu artdıq-
da o genişlənir və sıxlığı azalır. Sıxlığı az olan flüid Arximed qüvvəsinin təsiri 
altında yuxarı qalxır. Onun yerini qonşu soyuq flüid tutur. Bu hissə də qızdıq-
da yuxarı qalxır və temperatur bütün həcmdə eyni olana kimi proses davam 
edir. Litosfer və yer qabığı bərk halda olduğundan burada istiliyin daşın-
masında konduktiv mexanizm üstünlük təşkil edir. Lakin bərk süxurların mə-
saməli olması və bu məsamələrdə flüidlərin (su, neft, qaz və s.) mövcudluğu 
burada da konveksiyanın fəaliyyətinə imkan yaradır (məsaməli mühitdə 
konveksiya prosesi baş verir) [Якубов, 1973, 40-42]. 
İzoterm xəritələrində temperatur relyefi həm də Yerin təkindən müxtəlif 
filiz cisimlərini və faydalı qazıntıları da özündə əks etdirir. Məsələn, neft, daş 
kömür, yanar şist yataqları üzərində müsbət temperatur anomaliyaları müşa-
hidə olunur. Oxşar temperatur anomaliyaları sulfid yataqları və radioaktiv filiz 
cisimləri üzərində də müşahidə olunur.
Neft və qaz yataqları əsas etibarilə çökmə süxurların–qumların, qumda-
şıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticə-
sində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda 
neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün 
münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə 
çatır), qaz yatağı üçün daha əlverişli sayılır. 
Müəyyən edilmişdir ki, neft əmələgətirən süxurlardan karbohidrogenlərin 
miqrasiya şəraiti məkan baxımından qeyri-bərabərdir, aşağı qatda yatan 
(yaşca qədim) çöküntülərdən geoloji strukturu karbohidrogenlərlə qidalandı-
ran ocaqlar mövcuddur, neft və qazın subşaquli miqrasiyası mövcuddur. Ona 
görə də, istiliyin Yerin daxilində daha dərin qatlardan səthə daşınmasında 
neft-qaz aktiv iştirak edir [Mammadova, 2020, 26-31]. 
Neft-qaz yataqlarının istismarı zamanı ərazi üçün geotermik qradient 
təyin edilir.
Geotermik tədqiqatlar əsasında flüidlərin kollektor səciyyələri və 
faza hallarını qiymətləndirmək olar. Vulkanlar müşahidə olmayan ərazilərdə 
geotermik qradiyent 100 m dərinliyə 3°C təşkil edir. Ümumiyyətlə, geotermik 
qradiyentin kəmiyyəti ərazinin geologiyasından asılı olaraq, hər 100 m dərin-
liyə 1°C dərəcədən 5°C dərəcəyə qədər dəyişir. 
Azərbaycanın depressiya zonalarının pliosen-dördüncü dövr çöküntülə-
rində formalaşan neft-qaz yataqlarında temperatur qiymətləri ölçülmüş və 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin