The importance of learning Russian Shahin Boyukaga oglu Alibeyli


Rus dilinin səciyyəvi xüsusiyyətləri, dünyada yayılması və



Yüklə 368,07 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü368,07 Kb.
#1066
1   2   3
Rus dilinin səciyyəvi xüsusiyyətləri, dünyada yayılması və 

onun öyrənilməsinin zəruriliyi 

Bütün dünyada məşhur olan filosoflar Karl Marks və Fridrix 

Engels rus dilinin zənginlik və gözəlliyini dəfələrlə qeyd etmiş, onu 

səylə öyrənmişlər.  

Rus  əlifbasında  33  hərf  vardır.  Morfoloji  baxımdan  rus  dili 

əsasən flektiv, sintetik dildir.  

Rus dilinin yayıldığı əsas ərazi Rusiya Federasiyasıdır. Rus 

dili  Rusiya  Federasiyasının  dövlət  dilidir  2010-cu  ildə  əhalinin 

ümumrusiya  siyahıya  alınmasının  nəticələrinə  görə,  rus  dilində 

sərbəst danışan adamların sayı 137 milyon 495 min nəfər (rus dilinə 




yiyələnməklə bağlı suala cavab verənlərin ümumi sayının 99,4 %-i) 

təşkil etmiş, onlardan 110 milyon 804 min nəfəri ruslar olmuşlar [9].  

Bundan başqa, rus dili Belorusiyanın iki dövlət dilindən biri, 

Qazaxıstan,  Qırğızıstan  və  bəzi  başqa  dövlətlərin  rəsmi  dillərindən 

biri,  Mərkəzi  Avrasiyada,  Şərqi  Avropada,  keçmiş  Sovet  İttifaqı 

ölkələrində  beynəlxalq  ünsiyyətin  əsas  dili,  Birləşmiş  Millətlər 

Təşkilatı (United Nations), onun təhsil, elm və mədəniyyət məsələləri 

üzrə  xüsusi  müəssisəsi  (United  Nations  Educational,  Scientific  and 

Cultural Organization – UNESCO) və başqa beynəlxalq təşkilatların 

altı rəsmi və işlək dilindən biridir [7]. 

Göründüyü  kimi,  rus  dili  beynəlxalq  aləmdə  təkcə  rusların, 

rus millətinin deyil, eyni zamanda xeyli sayda xalqın təmsil olunduğu 

mükəmməl bir dildir. Həqiqətən rus dili dünyanın bir çox xalqlarının 

millətlərarası  ünsiyyət  vasitəsidir.  1984-cü  ildə  çap  olunmuş 

«Azərbaycan Sovet Ensiklopediyası» kimi mötəbər mənbədə verilən 

məlumata  görə,  danışanların  sayına  görə  rus  dili  Çin  və  ingilis 

dillərindən sonra üçüncü yeri tutur [1, səh. 202, orta sütun].  

Əlbəttə, rus dili beynəlxalq aləmdə böyük nüfuza malik olan 

bir dildir. Rus dili dünyada ən geniş yayılmış və çox müraciət olunan 

dillərdən  biridir.  Rusiya  Federasiyası  Elm  və  Təhsil  Nazirliyinin 

Sosioloji  Tədqiqatlar  Mərkəzinin  elmi  işlər  üzrə  direktor  müavini 

Aleksandr  Leonardoviç  Arefyev  2012-ci  ildə  «Rus  dili  XX–XXI 

əsrlərin  hüdudunda»  adlı  elektron  resursunda  qeyd  etmişdir  ki, 

danışanların  sayına  görə  rus  dili  dünyanın  bütün  dilləri  arasında 

altıncı,  ona  doğma  dili  kimi  yiyələnmiş  insanların  sayına  görə 

səkkizinci yerdə dayanır [8]. 

Təxmini  hesablamalara  görə,  hazırda  dünyada  üç  yüz 

milyona yaxın adam məhz rus dilində danışır. Rusiya dövlət xadimi 

Olqa  Yuryevna  Qolodes  2014-cü  ilin  28  noyabrında  qeyd  etmişdir 

ki, ölkədə rus dilini dərindən öyrənmiş adamların sayı 2010-cu ildə 

137,5  milyon  nəfər,  bütün  dünyada  rus  dilində  danışanların  sayı 

təxminən 260 milyon nəfər olmuşdur [10]. 

Rus  dili  millətlərarası  ünsiyyət  dili  kimi  dünyanın  çoxlu 

sayda xalqının sosial-siyasi və ideya birliyinin möhkəmlənməsində, 




milli 

mədəniyyətlərin 

inkişafında 

və 


qarşılıqlı 

surətdə 


zənginləşməsində,  elmi-texniki  biliklərin  və  mənəvi  sərvətlərin  xoş 

məramla mənimsənilməsində mühüm amildir.  

Rus  dili  yaxın  vaxtlara  qədər  xeyli  respublikada  xalqların 

«ikinci  ana  dili»  hesab  olunmuşdur.  Sosialist  ölkələrində  rus  dili 

«icbari  xarici  dil»  («birinci  xarici  dil»)  kimi  bütün  orta  və  ali 

məktəblərdə tədris olunmuşdur.  

XX əsrin ortalarından etibarən rus dili beynəlxalq əlaqələrin 

siyasi,  iqtisadi,  elmi,  mədəni  və  başqa  müxtəlif  sahələrində  ən  çox 

işlənən  dünya  dillərindən  birinə  çevrilmişdir.  1984-cü  ildə 

Azərbaycan  Sovet  Ensiklopediyasında  qeyd  edilmişdir  ki,  dünyada 

nəşr  edilən  kitabların, elmi-texniki  ədəbiyyatların təqribən  üçdə  biri 

rus dilində çap olunur [1, səh. 202, sağ sütun]. 

Buradan  belə  anlaşılır  ki,  dünyada  elmi  və  texniki 

nailiyyətlərdən  vaxtında  xəbərdar  olmaq  və  bunlar  haqqında  ətraflı 

məlumat əldə etmək üçün rus dilinin öyrənilməsi olduqca zəruridir.  

Hazırda dünyada 100-dən artıq ölkədə rus dili öyrənilir. 




Yüklə 368,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin