This product is made possible through the generous support of
the All Children Reading partners: the United States Agency
for International Development (USAID), World Vision and the
Australian Agency for International Development.
It was prepared by Centre for Civil Integration and Inter-
Ethnic Relations and does not necessarily reflect the views of
the All Children Reading partners.
“Hər bir uşaq oxumalıdır – inkişaf üçün böyük çağırış” proqramı
tərəfdaşların - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID),
World Vision və Avstraliya Beynəlxalq Agentliyinin (Australian
AID) dəstəyi ilə həyata keçirilmişdir.
Kitab
“Vətəndaş
İnteqrasiyası
və
Millətlərarası
Əlaqələr
Mərkəzi”tərəfindən hazırlanmışdır və proqram tərəfdaşlarının
nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.
Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene
Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze.
Redaktor – Kaxa Qabuniya.
Cildləmə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli
Pirtsxalaişvili.
Tərcüməçi: Qızxanım Əhmədova.
Tbilisi, 2013
1
Səviyyə
Oxu pilləsi
Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar
XX
1
Qan haqqında nə bilirik?
Bilirik ki, barmağımızı kəsdikdən sonra yaradan qan
axır. Bilirik ki, qan qırmızı rəngdədir. Eləcə də bilirik ki,
bəzən insanlar qan analizini verirlər...
Qan nədir? Qan qırmızı rəngli mayedir. Qan
insanda, heyvanda, quşda olur. Canlı varlıqların hamısının
qanı var. Qan bizim bədənimizdə hərəkət edir. Qan
damarların vasitəsilə hərəkət edir. İnsanın çoxlu damarları
var. Onlar qanla doludur və bədənin bütün hissələrinə
yönəlirlər. Maraqlıdır, qan necə yaranır?
2
Qanın yaranması
Kokteyl hazırladığınız mətbəxi təsəvvür edin. Sizə
müxtəlif növ ərzaq lazımdır:iki və ya üç növdə şirə,
alkoqol və sairə.
Qanın
əmələ
gəlməsi
mətbəxdə
kokteylin
hazırlanmasına çox bənzəyir. Qan sümük iliyində yaranır.
Sümüyün iliyi qanın hazırlanması üçün mətbəxdir. Qanın
hazırlanması üçün bir neçə “ərzaq” lazımdır.
Qanın yaranması üçün vacibdir:
3
Qırmızı rəngli hüceyrələr –
onları
həkimlər
eritrositlər
adlandırırlar.
Ağ rənli hüceyrələr – onları
leykositlər adlandırırlar.
Trombositlər
–
qanın
laxtalaşmasına,
yəni
qatılaşmasına kömək edir.
Plazma
–
insanın
bağırsaqlarından
sorulan
və
damarlarına düşən mayedir.
Artıq bildiyimiz kimi, qan
damarların köməkliyi ilə bütün
bədənə axır. Qan damarlarına isə ürəyin köməkliyi ilə
düşür. Ürək daim çalışır, siz yatan zaman da; qanı da hər
zaman bədənin başqa hissələrinə çatdırır.
4
Qan insana nə üçün lazım olur?
Bəs qanın insan bədənində
daim hərəkəti nə üçün lazımdır? Qan
damarları qanla birlikdə insana
oksigen və başqa lazımi maddələri
çatdırırlar. Bu maddələr insanın
həyatı üçün lazımidir. Məsələn,
insanın
beyninə
oksigen
çatdırılmasa, o işini dayandırar. Qana daxil olan bütün
hüceyrələr xüsusi tapşırıqları yerinə yetirirlər.
Eritrositlər
Eritrositlər qırmızı rəngli hüceyrələrdir. Onlar bir
tərəfi deşilmiş toplara bənzəyirlər. Qana qırmızı rəngi
məhzi eritrositlər verirlər. Onların özləri isə qırmızı rəngi
başqa maddələrdən alırlar. Bu maddə hemoqlobindir. Bir
sözlə, oksigeni insan bədəninə məhz hemoqlobin keçirir.
Hemoqlobin qana daxil olan mühüm maddələrdən
biridir. O, oksigeni insan bədəninin bütün hissələrinə
5
keçirir,
oradan
isə
pis
maddələri – karbon qazını
çıxarır. Karbon hemoqlobini
ağciyərlərə aparır. Ağciyərlər
tənəffüs
şəklində
karbon
qazını çıxarır və qanı yenidən
oksigenlə doldururlar.
Leykositlər
Leykositlər cəsur və döyüşkən hüceyrələrdir. Onlar
insan bədəninə daxil olan xəstəliklərlə mübarizə aparır,
yəni infeksiyalarla. İnsan xəstələnəndə onun orqanizminə
çoxlu infeksiyalar daxil olur. Bu zaman leykositlər işə
başlayırlar! Onlar sürətlə artır və çalışırlar ki, infeksiyalara
mane olsunlar. Leykositlər bakteriyalara və viruslara
möhkəmlənmək imkanını vermirlər.
Leykositlər
üç
növdə
olurlar:
qranulositlər,
limfositlər və monositlər. Onlar müxtəlif üsullarla
infeksiyalara mübarizə aparırlar.
6
Qranulositlər çox birbaşadırlar. İnsanın düşməni –
infeksiya bədənə düşənə kimi, onlar birbaşa infeksiyalarla
mübarizəyə “qaçırlar”. Yəqin insanın dərisində yara
görmüsünüz, şişmiş və qızarmış. Bu, məhz qranulositlərin
günahıdır! Onlar zədələnmiş yaraya daxil olur və infeksiya
ilə mübarizəyə başlayırlar.
Limfositlər
daha
üsullu
və
ağıllıdırlar.
Onlar başqa cür düşmənlə
mübarizə
aparırlar:
bədənə infeksiyalar daxil
olanda, limfositlər onlarla
mübarizə maddələrini yaradırlar. Bu maddələr anticisimlər
adlanırlar.
Anticisimlərlə
limfositlər
infeksiyalarla
mübarizə aparırlar və onları daha asanlıqla məğlub edirlər.
Bundan əlavə, limfositlərin çox yaxşı yaddaşları var. Onlar
infeksiyaları yaxşı yadda saxlayırlar. İnsan bədəninə tanış
infeksiya daxil olanda, limfositlər dərhal onu tanıyırlar.
7
Tanış infeksiya ilə mübarizə limfositlər üçün çətin deyil.
Onlar daha asanlıqla məğlub edirlər.
Monositlər ən iri leykositlərdir. Monositlər insan
bədəninə düşmüş bakteriyaları və virusları tutur və
udurlar. Onlar bu yolla düşməni dərhal məhv edirlər.
Gördüyümüz kimi, leykositlər qorxulu infeksiyalara
çox
böyük
müqavimət
göstərirlər.Onlar
insanı
xəstəliklərdən qoruyurlar.
Trombositlər
Trombositlər qana laxtalanma zamanı yardım
edirlər. Nə üçün və ya nə vaxt qanın laxtalanması lazım
olur?
İnsanda yara olduğunda, yaradan qan gəlir. Qanın
dayandırılması vacibdir. Çoxlu miqdarda qanın axması
insanı çox zəiflədir. Həkimlər bu zaman çalışırlar ki,
yaraya basmaqla və ya onu sarımaqla qanın axmasını
dayandırsınlar. Hərçənd qanın laxtalanmasında ən çox
trombositlər iştirak edirlər.
8
Yaranın yaxınlığındakı trombositlər dərhal başqa
trombositləri köməyə çağırır və hamısı birlikdə qanaxmanı
saxlamağa çalışırlar. Trombositlər arasında zülal sapları
bərkidilir və tromb yaranır.
Tromb
laxtalanmış
qan
dəstəsidir. O, qanaxmanı
dayandırır. Tromb sonralar
quruyur və yaradan qopur.
Plazma
Plazma da qanın tərkib hissəsidir. O, sarımtıl rəngli
mayedir. Plazmada çoxlu faydalı maddələr var. Bu
maddələr insan həyatı üçün çox vacibdir.
Qan qrupları
Siz artıq bilirsiniz ki, qan nədən ibarətdir və necə
yaranır. Fikirləşə bilərsiniz ki, bütün insanların eyni
qanları var. Amma bu, belə deyil! Bütün insanların qanı
eyni deyil.
9
Alimlər qanı dörd qrupa bölürlər, bunlardır: A
qrupu, B qrupu, AB qrupu və 0 qrupu.
Onlar bir-birindən nə ilə fərqlənirlər?
Artıq bildiyimiz kimi, qanda anticisimlər vardır.
Onları leykositlər yaradırlar. Məhz anticisimlər qruplarına
əsasən qan qruplarını fərqləndirirlər.
İnsanların iki tip anticisimləri var: A və B. A tipli
anticisimləri olanların qan qrupları A-dır, kimin B tipli
anticisimləri var – B qrupunun qan qrupları var. Bəzi
insanların hər iki tip anticisimləri ola bilər. Belə bir
insanların AB qrupunda qanları var. Bəzi insanların
qanlarında ümumiyyətlə anticisimlər olmur. Belə bir
insanların 0 qan qrupları var.
10
Qan qrupunu bilmək nə üçün lazımdır? İnsan xəstə
olanda və çoxlu miqdarda qan itirəndə, ona tez-tez qan
köçürmək lazım olur. Qan köçürülməsi asanlıqla baş
vermir. Əvvəlcə yaxşıca ayırd edilməlidir ki, insanın hansı
qrup qanı var və bundan sonra ona qan köçürülməlidir.
Ona başqa qrupun qanı köçürülərsə, insan ölə bilər. Məhz
bunun üçün insanlara qan analizini edirlər. Analizlə
məlum olur ki,onun hansı qan qrupu vardır.
Qan qrupundan başqa, eləcə də insanın qan
rezusunu bilmək lazımdır. Qan qrupunu və rezusunu qanın
analizi ilə eyni zamanda müəyyənləşdirirlər. Rezus zülal
maddəsidir. O, insanın qanında olur. Rezusa əsasən,
insanları bir-birindən fərqləndirirlər. Bu maddə hər bir
insanın qanında olmur. Bu cür insan mənfi rezuslu qanı
olan adlandırılır. Kimin qanında rezus vardır, bu onu
bildirir ki, onu müsbət rezuslu qanı olan adlandırırlar.
11
Bilirsinizmi ki.....
1.
Kişilərin daha çox qanları var, nəinki
qadınların?! Sən demə, kişilərin 5 litr yarım
qanları var, qadınların isə - 3 litr yarım.
2.
İnsan orqanizmində bir saniyədə 17 milyon
qırmızı rəngli qan hüceyrələri yaranır.
3.
Təxminən 20-dən 60 saniyəyə qədər qanın
ürəkdən bütün bədənə hərəkəti davam edir və
sonra yenə də geri ürəyə qayıdır.
4.
Qanların hamısı qırmızı deyil! Qurdların və
zəlilərin qanları yaşıl rəngdədir, xərçənglərin
qanları isə göy rəngdədir.
1
Naşir: “Vətəndaş İnteqrasiyası və
Millətlərarası Əlaqələr Mərkəzi”
Dostları ilə paylaş: |