106. Stasionarın qəbul şöbəsinin tibb bacısı hansı sənədi doldurmalıdır? A) Xəstəlik tarixini
B) Temperatur vərəqini
C) Əmək qabiliyyətini itirmə vərəqini
D) Həkim təyinat vərəqini
E) Xəstəlik tarixinin titul vərəqini
Xəstə stasionara qəbul zamanı qəbul şöbəsində qeydiyyatdan, həkim müayinəsindən və sanitar işləmədən keçir. Burada tibb bacısı xəstəlik tarixinin titul vərəqini(passport hissəsini) doldurur. Buraya aiddir: xəstənin adı, soyadı, atasının adı, yaşı, ünvanı, peşəsi və qəbul şöbəsinə daxil olduğu tarix və saat. Digər sənədləri palata tibb bacısı və şöbənin baş tibb bacısı doldurur. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 23-24 107. Sidik qəbulediciləri,ifrazat qablarını boşaltdıqdan sonra onları hansı məhlulda saxlamaq lazımdır? A) 15 dəq 1%-li xloramin məhlulunda
B) 60 dəq 3%-li xloramin məhlulunda
C) 30 dəq 3%-li xloramin məhlulunda
D) 120 dəq 1%-li xloramin məhlulunda
E) 1%-li xloramin məhlulu ilə 2 dəfə silinir.
Xəsətnin altına qoyulan ifrazat qabları əvvəlcə boşaldılır, sonra qaynar su ilə yaxalanır və dezinfeksiya üçün 15 dəq 1%-li xlormin məhlulunda saxlanılır. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.215 “Azərnəşr” Bakı 1984 108. Ağır xəstələrin dərisini silmək üçün hansı məhlul istifadə olunur? A) 10%-li naşatır spirti
B) 10%-li kamfora spirti
C) 10%-li kalium-permanqanat məhlulu
D) Furasillin məhlulu
E) 0,05%-li kalium-permanqanat məhlulu
10%-li kamfora spirti yataq yaralarının profilaktikası üçün istifadə olunur.Yataq yaraları yataqla daha sıx təmasda olan büzdüm, kürək, daban və dirsək nahiyyələrində yerli qan dövranı pozulduğuna görə yaranır. 10%-li kamfora spirti
32
yerli qan dövranını yaxşılaşdırıcı və dezinfeksiya edici təsirə malikdir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 32-33