117. Göstərilən inyeksiyalardan hansını tibb bacısı apara bilməz ? A) Dəri altı
B) Vena daxili
C) Əzələ daxili
D) Arteriya daxili
E) Dəri içi
Bir sıra inyeksiyalar mürəkkəb olduğundan onları həkim aparır. Məsələn: arteriya daxilinə , ürək daxilinə, limfa damarlarına, onurğa kanalına və s. Lakin tibb bacısı bu əməliyyatlarda iştirak edir ,lazımi alətləri hazırlayır , ona görə də tibb bacısı bu sahədə minimum biliyə malik olmalıdır. Ədəbiyyat: C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ”, Bakı 1998. 118. Xəstəyə O 2 (oksigen) verilməsi üçün ən çox hansı üsul istifadə olunur? A) Mədə zondu
B) Burun kateteri
C) Duodenal zond
D) Burun kanyulası
E) O
2
(oksigen) yastığının qıfı
Burun xarici tənəffüs orq anı olduğundan xəstəyə burun kateteri ilə oksigen verilir. Bu proses xəstədə sərbəst tənəffüs aktı oduğu zaman mümkündür. Əks hallarda (uzunsov beyin zədələnmələri, Kvinke ödemi (qırtlaq əzələlərinin spazmı), endotraxeal anesteziya və s.) həkim tərəfindən köməkçi tənəffüs tətbiq olunur. Bu üsul xəstədə narahatlıq yaratmır. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974.
119. Xəstənin hərarəti yüksək olduqda( qızdırmanın II dövründə )tibb bacısı ona aşağıda sadalanan yardımlardan hansını göstərməlidir? A) Xəstənin alnına soyuq kompres qoyub, içməyə maye verməlidir
B) Xəstənin ayaqlarına isitqac qoymalıdır
C) Xəstənin üstünü yorğanla örtməlidir
D) Xəstəyə isti çay verməlidir
E) Ayaqlarına isti vanna etməlidir
35
Xəstənin hərarəti çox yüksək olduqda ağzı quruyur, dodaqları çatlayır, halsız olur Ona görə verilən maye xəstəyə müsbət təsir göstərir,soyuq kompres isə genəlmiş damarlara büzücü təsir göstərərək istilik verməni azaldır. Ədəbiyyat: C.N. Hacıyev; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 105. “ Təhsil ” Bakı 1998.