120. 5 litr mayeni 10 saat ərzində damara yeritmək lazımdir.Tibb bacısı 1 saatda damara neçə litr maye yeritməlidir? A) 100 ml
B) 500 ml
C) 1000 ml
D) 50 ml
E) 150 ml
Tibb bacısı yeridiləcək mayenin miqdarını tənasüb yolu ilə hesablayıb tapa bilər. 10 saatda- 5 litr 1 saatda- X litr X = 5 l x 1saat : 10saat = 0,5 l , yəni 500 ml Ədəbiyyat: C.N Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulliuq . Səh. 156 “ Təhsil” Bakı 1980 .
121. Aşağıda göstərilən temperaturlardan hansı subfebril temperaturdur? A) 39-40
0
B) 37-38
0
C) 36-36,5
0
D) 38-39
0
E) 41
0
Yüksəlmə dərəcəsinə görə temperaturun bu növləri var: subfebril temperatur – 37 -38 dərəcə; febril temperatur – 38-39 dərəcə; yüksək qızdırma- 39-41 dərəcə; çox yüksək qızdırma – 41 dərəcədən yüksək. Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh . 103 . “ Təhsil ” Bakı 1998. 122. Venepunksiya apararkən tibb bacısı aşağıda göstərilənlərdən nəyi düz etmir? A) İynə venaya düşən kimi turnanı açır
B) Xəstənin dirsəyi altına kiçik yastıq qoyur
C) İnyeksiya nahiyəsini 2 dəfə spirtli tamponla silir
D) Xəstəyə əlini açıb-yummağı təklif edir
E) Bazunun ortasından turnanı elə bağlayır ki, mil arteriyasında pulsasiya kəsilsin
Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına mane olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq venalar sıxılsın, arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil arteriyasındakı nəbzə görə nəzarət edirlər, nəbz zəifdirsə və ya heç hiss olunmursa deməli turna çox sıxılmışdır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 25“ Çıraq” 2008.