Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə42/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   274
Tibb bacisi test suallari

143. Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir? 
A) Bağırsaqlarda patoloji qaz əmələ gəlməsini 
B) Mədədəki qazların qida borusu vasitəsilə ağızdan xaric olmasını
C) Mədə möhtəviyyatının qida borusuna keçməsini 
D) Qazların bağırsaq vasitəsilə xaric olmasını 
E) Mədə möhtəviyyatının ağızdan xaric olmasını 
Gəyirmə xəstəlik deyil, xəstəliyin əlamətidir. Mədədən qida borusuna keçən hava 
ağız. Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 
56 “ Çıraq” 2008. 
 
144. Xəstədə meteorizm olduqda aşağıda sadalanan yardımlardan hansı effekt 
vermir? 
A) Çobanyastığı dəmləməsi ilə imalə etmək 
B) Xəstəyə aktivləşdirilmiş kömür vermək 
C) Qara çörək, kələm, süd və s. qaz əmələ gətirən qidaları yeməyi qadağan etmək 
D) Xəstənin mədəsini yumaq 
E) Qazçıxarıcı boru qoymaq 
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür. 
Adətən meteorizm enterokolitlərdə, qarın boşluğunda aparılan əməliyyatlardan
sonra, qara çörək, tərəvəz, süd və s. kimi qidalardan sonra da əmələ gəlir. Xəstədə 
meteorizm olduqda mədənin yuyulması heç bir effekt vermir, digər cavablarda 
göstərilən yardımlar isə meteorizmi əhəmiyyətli dərəcədə azaldır. Ədəbiyyat:


43 
N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.56 “ Çıraq ”
2008 . 
145. Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir? 
A) Dəriiçi inyeksiya 
B) Vena daxili inyeksiya
C) Həb şəklində qəbul etmək
D) Gözə damızdırmaq 
E) Dəriyə sürtmək
Dərmanlar orqanizmə 3 yolla daxil edilir: xaricə, enteral, parenteral. Enteral yolla 
dərmanlar dil altına qoymaqla, ağızdan və düz bağırsaqdan yeridilir. Ağızdan 
dərmanlar həb, draje, mikstura şəklində yeridilir.Vena daxili və dəri içinə yeritmə 
dərmanların parenteral, yəni həzm traktından kənar,gözə damızdırmaq və dəriyə 
sürtmək isə xaricə işlədilməsidir. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.130 . “ Təhsil ” Bakı
1998 . 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin