41
A) Ayaqlara
B) Qulaq seyvanının arxasına
C) Əlin ovuc səthinə və ayağın altına
D)
Qaraciyər nahiyəsinə
E) Ənsə nahiyəsinə
Hirudoterapiya zamanı əlin ovuc səthinə və ayağın altına zəli qoymaq olmaz, çünki
bu nahiyələrdə dəri çox qalın olur, zəli oraya dişlərini batıra bilmir. Həmçinin səthi
yerləşən vena və arteriyaların üzərinə zəli qoymaq olmaz, çünki bu yerlərdə dəri çox
nazik olduğundan ,bu arzuolunmaz nəticələrə gətirib çıxarar.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.41 “
Çıraq ” 2008.
139. Müasir dövrdə qadınlarda sidik kisəsini kateterizasiya etmək üçün hansı
kateterin istifadəsi daha məqsədəuyğundur?
A) Sərt
B) Rezin,yumşaq
C) Elastik
D) Yarım sərt
E)
Metal
Qadınlarda sidik kanalı qısa olduğu üçün (5-6sm),sidik kanalına kateter yeritmək
çətinlik törətmir. Travmatik fəsadların baş verməməsi üçün tibb bacısı FOLEY
yumşaq kateterindən istifadə etməlidir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.64
“Azərnəşr” Bakı 1984
Dostları ilə paylaş: