49
A) 1 ; 3
B) 1; 2
C) 2; 3
D) 2; 4
E) 1; 4
Böyük adam sakit halda dəqiqədə orta hesbla 16-20 dəqiqəyə qədər nəfəs alır. İş
zamanı, hərəkət etdikdə, qızdırma zamanı mübadilə yüksək olduğu üçün 1 dəqiqədə
tənəffüsün sayı artır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 83 “
Çıraq ” 2008.
163. Tənginəfəsliyi olan xəstəyə yardım edərkən aşağıda salananlardan hansı
tibb bacısının səlahiyyətinə aid deyil?
A) Bayırdan təmiz hava gəlməsi üçün nəfəsliyi açır
B) Xəstənin başının və ya kürəyinin altına bir neçə yastıq qoyur
C) Xəstənin üstündən ağır ortüyü götürür
D) Xəstəyə oksigen balışı verir
E) Xəstəyə tənginəfəsliyi aradan qaldıran
dərmanlar təyin edir
Tənginəfəslik tənəffüs hərəkətlərinin çətinləşməsi olub, tənəffüs hərəkətlərinin
tezliyinin və dərinliyinin dəyişməsi ilə xarakterizə olunur. Tənginəfəslik zamanı tibb
bacısı xəstəyə tənginəfəsliyi aradan qaldıran dərmanlar təyin edilməsindən başqa
bütün digər göstərilən yardımları edə bilər. Tənginəfəsliyi aradan qaldıran dərmanı
isə yalnız həkimin təyinatından sonra xəstəyə verə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 84“
Çıraq ” 2008.
Dostları ilə paylaş: