Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Ev şəraitində tibb bacısı xəstəyə hansı əməliyyatı apardıqda mütləq



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə49/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   274
Tibb bacisi test suallari

164. Ev şəraitində tibb bacısı xəstəyə hansı əməliyyatı apardıqda mütləq 
həkimin icazəsi olmalıdır? 
A) Dərialtına inyeksiya edərkən 
B) İmalə etdikdə 
C) Venadaxili inyeksiya etdikdə
D) Xardal yaxması, zəli, banka qoyarkən 
E) Əzələ daxilinə inyeksiya edərkən
Venaya məhlul yeritmək üçün müəyyən göstərişlər olmalıdır ki, bu göstərişləri də 
ancaq xəstənin vəziyyətinə uyğun olaraq həkim verə bilər, eyni zamanda venaya 
məhlul yeridərkən digər cavablarda göstərilən yardımlardan fərqli olaraq, müəyyən 
ağırlaşmalar ola bilər. Ona görə evdə xəstənin venasına inyeksiya etmək ancaq
zəruri hallarda olduqda, həm də mütləq həkimin göstərişi əsasında edilə bilər. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.85 “ 
Çıraq ” 2008. 
165. Palata tibb bacısı müayinə üçün xəstədən hansı materialı götürə bilməz? 
A) Sidik 
B) Plevral maye


50 
C) Bəlğəm 
D) Nəcis 
E) Selik 
Palata tibb bacısı həkimin təyinatı ilə xəstədən analiz üçün material yığır ( sidik, 
nəcis, bəlğəm, selik və s.), bunları laboratoriyaya göndərir, analizin cavablarını 
vaxtında alıb, xəstəlik tarixinə yapışdırır. Plevral maye isə yalnız plevranın 
punksiyası zamanı həkim tərəfindən götürülür. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 87 “ 
Çıraq ” 2008. 
166. Sadalananlardan hansı məktəb tibb bacısının vəzifəsi deyil? 
A) Antropometriya aparmaq 
B) Məktəbdə aşkar edilən infeksion xəstəlik barədə sanitar-epidemioloji stansiyaya 
xəbər vermək 
C) Məktəbliləri auskultasiya etmək
D) Profilaktik peyvəndlər vurmaq 
E) Məktəblilərlə sanitariya-maarifləndirmə mövzusunda söhbətlər aparmaq 
Məktəbin tibb bacısı bütün profilatika işlərinin yerinə yetirilməsində həkimin daimi 
köməkçisidir. Məktəbliləri auskultasiya etməkdən başqa yuxarıda sadalanan bütün 
işlər məktəb tibb bacısınin səlahiyyətlərinə aiddir. Məktəbliləri auskultasiya edib 
diaqnoz qoymaq isə məktəb həkiminin vəzifəsidir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.90“ 
Çıraq ” 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin