Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Hansı xəstəliklər zamanı xəstə passiv vəziyyətdə olmalıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə51/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   274
Tibb bacisi test suallari

170. Hansı xəstəliklər zamanı xəstə passiv vəziyyətdə olmalıdır? 
A) Ağciyər vərəmi 
B) Kəskin miokard infarktı 
C) Xroniki qastrit 
D) Xolesistit
E) Pielonefrit
Xəstənin yataqda 3 cür vəziyyəti olur: fəal, passiv, məcburi. Xəstə yataqda oturur
çevrilirsə fəal vəziyyət sayılır; xəstə yataqda uzanıb sərbəst hərəkət edə, çevrilə, 
baçını, qolunu qaldıra bilmirsə passiv vəziyyət sayılır; xəstə öz vəziyyətini 
yüngülləşdirmək üçün aldığı vəziyyət isə məcburu vəziyyət sayılır. Kəskin miokard 
infarktı zamanı hər bir hərəkət ürəyin işini artırdığı üçün tibb bacısı xəstənin passiv 
vəziyyətdə olmasına nəzarət etməlidir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.107 
“ Çıraq ” 2008. 
171. Xəstəlik tarixi yazarkən göstərilənlərdən hansı tibb bacısının vəzifəsinə aid 
deyil? 
A) Bütün müalicə müddətində xəstənin üzərində aparılan müşahidələri xəstəlik 
tarixinə yazmaq 
B) Analizlərin cavablarını və rentgenoloji məlumatları xəstəlik tarixinə yapışdırmaq 
C) Bədən temperaturunu, tənəffüsün sayını xəstəlik tarixində gündəlik qeyd etmək 
D) Nəbzi, arterial təzyiqi ölçüb xəstəlik tarixində gündəlik qeyd etmək 
E) EKQ-nın məlumatlarını xronoloji qaydada xəstəlik tarixinə yapışdırmaq 


52 
Xəstəlik tarixi xəstəxanada və ya hər hansı başqa bir müalicə - profilaktika 
müəssisəsində olan hər xəstə üçün ilk dəfə doldurulan əsas tibbi sənəddir. Tibb 
bacısı laboratoriya, rentgenoloji, elektrokardoiqrafiya məlumatları və başqa 
analizlərin cavablarını xronoloji qaydada xəstəlik tarixinə yapışdırır. Bütün müalicə 
müddətində xəstənin üzərində aparılan müşahidələri isə xəstəlik tarixinə həkim yazır. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” . Səh.99 
“ Çıraq ” 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin