Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Xəstənin mədəsinin yuyulması üçün zondun hansı məsafəyə yeridilməsi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə53/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   274
Tibb bacisi test suallari

175. Xəstənin mədəsinin yuyulması üçün zondun hansı məsafəyə yeridilməsi 
hansı formulaya əsasən təyin olunur (sm-lə)? 
A) Uzunluq - 80
B) Uzunluq - 100 
C) Uzunluq - 50 
D) Uzunluq – uzunluğun 2/1 
E) Uzunluq - uzunluğun 3/1 
Zondun mədəyə yeridilməsi üçün aşağıdakı formuladan istifadə olunur. Uzunluq – 
100. Məsələn, boyu 176 sm olan xəstənin mədəsini yumaq üçün zond 76 sm məsafəyə 
yeridilməlidir. 176-100=76
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.70
“Azərnəşr” Bakı 1984 
Ədəbiyyat:
 
В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . 
Səh. 106 
176.Xroniki 
böyrək 
çatışmazlığı 
zamanı 
qidada 
hansı 
maddələr 
məhdudlaşdırılmalıdır? 
A) Karbohidratlar 
B) Vitaminlər 
C) Heyvan mənşəli yağlar 
D) Zülallar
E) Bitki mənşəli yağlar 
Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan
sidik cövhəri, sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında 
zülallar məhdudlaşdırılmalıdır.
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə“Tibb bacısının məlumat kitabı”.Səh.178-179.
“Azərnəşr” Bakı 1984 
177. Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya 
aid deyil? 
A) Parenteral yolla qidalanma 
B) Qidanın zondla yeridilməsi 
C) Fistula vasitəsilə yedizdirilmə 
D) Qida maddələrini düz bağırsaqdan yeritmək 
E) Xəstənin qaşıqla yedizdirilməsi


54 
Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə qida 
maddələri yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün 
göstərişlər: qida borusunun daralması, udma aktının çətinləşməsi, qida borusunda və 
mədədə aparılan əməliyyatlardan sonra, komatoz vəziyyət, yeməkdən imtina edən 
psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal qidalanma üsulu olub, ya 
tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. 
Səh.129“Çıraq” 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin