Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə61/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   274
Tibb bacisi test suallari

198. Anuriya nədir? 
A) Sidik ifrazının ağrılı olması 
B) Gün ərzində sidik ifrazının azalması
C) Gün ərzində sidik ifrazının artması 
D) Tez-tez az miqdarda sidik ifrazının olması
E) Sidik ifrazının olmaması


61 
Anuriya sidik ifrazının tam kəsilmədir. Ən çox XBÇ (xroniki böyrək çatışmazlığı)-da
şişlərdə, daş xəstəliklərində rast gəlinir.
Ədəbiyyat: В.М
 .
Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . 
Səh. 122 
199. İşuriya nədir? 
A) Sidik ifrazının tam olmaması 
B) Sidik kisəsinin boşalmasının mümkün olmaması
C) Gün ərzində sidik ifrazının artması
D) Gün ərzində sidik ifrazının azalması 
E) Tez-tez az miqdarda sidik ifrazının olması 
İşuriya-sidik kisəsinin boşalmasının mümkün olmamasıdır. Bu vəziyyət ən çox sidik 
çıxarıcı kanalda mexaniki maneə olduqda (daş, şiş, çapıq və s.) baş verir.
Ədəbiyyat:
 
В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . 
Səh. 123 
 
200. Sonuncu qida qəbulu mədə zondlanmasından nə qədər əvvəl olmalıdır? 
A) Müayinə olunan gün səhər 
B) Müayinədən əvvəlki gün axşam
C) Müayinədən əvvəlki gün günorta
D) Müayinədən iki saat əvvəl 
E) Müayinədən əvvəlki gün səhər
Mədə zondlanması zamanı mədə tam boş olmalıdır. Ona görə də müayinədən əvvəlki 
gün axşam sonuncu qida qəbul olunmalıdır.
Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . 
Səh. 106 
201. Döş sümüyü arxasında deşici, yandırıcı ağrıların olması zamanı tibb 
bacısının taktikası necə olmalıdır? 
A) Narkotiklərdən istifadə etmək 
B) Analgetiklərdən istifadə etmək
C) Xəstənin hərəkətsizliyini təmin etmək
D) Xəstənin ayaqlarını isti vanna etmək
E) Xəstənin mədəsini yumaq
Döş sümüyü arxasında deşici, yandırıcı ağrılar olduqda tibb bacısı həkiməqədər 
yardım göstərməlidir. Burada tibb bacısının taktikası xəstənin hərəkətsizliyini təmin 
etməkdir (Miokard infarktına şübhə olduğuna görə).
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə“Tibb bacısının məlumat kitabı”. Səh.158
“Azərnəşr” Bakı1984 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin