Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Arterial hipertoniya xəstəliyi zamanı hansı pəhriz məsləhət görülür?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə64/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   274
Tibb bacisi test suallari

208. Arterial hipertoniya xəstəliyi zamanı hansı pəhriz məsləhət görülür? 
A) Yağların və zülalların miqdarının artırılması 
B) Maye və zülalların istifadəsinin artırılması 
C) Yağların və karbohidratların məhdudlaşdırılması 
D) Maye və duzların məhdudlaşdırılması
E) Maye və yağların məhdudlaşdırılması 
Arterial hipertenziya zamanı xəstənin qidasında xörək duzunun və əgər xəstədə ürək 
çatışmazlığı varsa qəbul edilən mayenin miqdarını azaltmaq lazımdır, çünki duzlar 
çoxlu maye qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin miqdarını artırır, 
nəticədə təzyiq daha da yüksəlir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb basının məlumat kitabı”. Səh. 
138.“Çıraq“2008. 


64 
209. Nitroqliserinin effektiv təsiri qəbul edildikdən neçə dəqiqə sonra başlayır? 
A) 10-15 
B) 3-5
C) 20-25 
D) 30-40 
E) 40-50 
Stenokardiya zamanı ağrı tutmasını aradan qaldırmaq üçün xəstəyə dil altına həb 
şəklində və ya 2-3 damcı 1%-li nitroqliserin verilməlidir. Bu preparat 3-5 dəqiqə 
ərzində ağrını kəsir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” .Səh. 
506“Çıraq“2008. 
210. Ağciyər qanaxması zamanı tibb bacısının taktikası nədən ibarətdir? 
A) Qanəvəzedicilər köçürmək 
B) Xardal və banka qoymaq
C) Tam sakitliyi təmin etmək, həkimi çağırmaq
D) Oksigenterapiya aparmaq 
E) Xəstənin ayaqlarını vanna etmək 
Ağciyər qanaxması zamanı qan çox vaxt ağciyərin aşağı şöbələrinə axır və bu da 
aspirasion pnevmoniyaya səbəb olur. Buna görə də qanaxma zamanı xəstəyə ilk 
yardım onun sakitləşdirilməsindən ibarətdir, həyəcanlanma və fiziki gərginlik 
qanaxmanı gücləndirə bilər. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 511 
“Çıraq” 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin