Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Xəstənin rektoromanoskopiyaya hazırlanması necə həyata keçirilir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə67/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   63   64   65   66   67   68   69   70   ...   274
Tibb bacisi test suallari

 
217. Xəstənin rektoromanoskopiyaya hazırlanması necə həyata keçirilir? 
A) Səhər yağ imaləsi 
B) Axşam və səhər təmizləyici imalə
C) Axşam sifon imaləsi
D) Axşam təmizləyici imalə 
E) Səhər sifon imaləsi 
Müayinə səhər acqarına, axırıncı imalədən 2 saat sonra, əsasən xəstənin diz-dirsək 
vəziyyətində aparılır. Müayinənin ən azı imalədən 2 saat sonra aparılmasına səbəb
imalə bağırsağın divarına təsir edərək selikli qişanın rənginin bir qədər dəyişməsidir. 
2 saat ərzində rəngini dəyişmiş selikli qişa imalədən əvvəlki halına qayıda bilir. 
Ədəbiyyat: C.N. hacıyev ; R.Y.Əliyev. Xəstlərə qulluq. Səh. 215. “ Təhsil” Bakı 
1998. 
218. Sidiyin ümumi klinik müayinəsi zamanı tibb bacısı sidiyi laboratoriyaya 
hansı müddət ərzində çatdırmalıdır? 
A) 5 saat 
B) 3 saat 
C) 1 saat 
D) 4 saat 
E) 7 saat 
Adətən sidiyi müayinə üçün səhərlər, xəstə yuxudan duran kimi toplayırlar. Təmiz 
qaba toplanmış sidik 1 saat ərzində analiz üçün laboratoriyaya göndərilir. 
 Ədəbiyyat : C.N.Hacıyev; R.Y.Əliyev . Xəstərə qulluq. Səh. 225. “ Təhsil” Bakı 1998 
219. Qidada yod çatışmazlığı hansı xəstəliyin əmələ gəlməsinə səbəb olur? 
A) Şəkərli diabet 
B) Piylənmə 
C) Endemik ur 
D) Diffuz toksiki ur 
E) Kəskin qastrit 
Endemik ur zamanı qalxanabənzər vəzinin ölçüləri böyüyür, buna səbəb istifadə 
olunan suda və qidada yodun çatışmazlığıdır. 


67 
Ədəbiyyat: В.М.Боголюбов. Внутренние болезни. Стр.424 Москва. «Медицина» 
1983. 
220.Aşağıdakılardan hansı klinik ölümün əsas əlamətlərinə aiddir? 
A) Tənəffüsün dayanması, genəlmiş bəbəklərin işığa reaksiyasının olmaması 
B) Huşun itməsi, sianoz, bəbəklərin genişlənməsi 
C) Sapvari nəbz, bəbəklərin genişlənməsi, sianoz 
D) Huşun itməsi, yuxu arteriyasında nəbzin itməsi 
E) Huşun itməsi, bəbəklərin genişlənməsi,iri arteriyalarda nəbzin itməsi
Klinik ölüm ürək və tənəffüs dayandıqdan sonra bir neçə(3-6) dəqiqə davam edən 
haldır, xəstədə heç bir zahiri həyat əlamətləri olmur, lakin bu müddət ərzində 
toxumalarda, əsasən də beyin hüceyrələrində hələ geridönməz dəyişikliklər əmələ 
gəlmir, odur ki, bu müddət ərzində xəstəni həyata qaytarmaq mümükün ola bilir. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.242. “ Təhsil” Bakı 
1998 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin