235. Dərman maddələri əzələdaxili hansı nahiyəyə yeridilir? A) Qarnın ön divarı
B) Kürəkaltı nahiyyə
C) Saidin içəri səthi
D) Sağrı əzələsi , Deltayabənzər əzələ
E) Saidin bayır səthi
Əzələ daxilinə yeridilən dərmanlar əzələlərdə qan dövranının güclü olması hesabına daha tez sorulur. Bu məqsədlə inyeksiya yaxşı inkişaf etmiş əzələyə, əsasən də deltayabənzər əzələyə edilir. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil”Bakı 1998 236. Əzələdaxili inyeksiya zamanı baş verə biləcək yerli ağırlaşma hansıdır? A) Qanaxma
B) Hava emboliyası
C) Tromboflebit
72
D) İnfiltrat
E) Yağ emboliyası
Əzələdaxili inyeksiyalar zamanı rast gəlinən əsas ağırlaşma infiltratdır. Bu ağırlaşma əsasən əzələyə dərman qısa iynə ilə yeridildikdə dərmanın əzələyə çatmaması, dərialtına yeriməsi və burada da çətin sorulması nəticəsində əmələ gəlir.İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı ,bərk törəmə əllənir. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998 237. Əzələ daxili inyeksiya zamanı iynənin uzunluğu nə qədər olmalıdır (mm- lə)? A) 30
B) 40
C) 80
D) 20
E) 10
Əzələdaxili inyeksiya zamanı iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçərək əzələyə çatmalıdır, ona görə bu zaman uzunluğu 80 mm olan iynə götürülməlidir, əks halda inyeksiya ağırlaşması olan infiltrat, abses əmələ gələr. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 49.“Çıraq” 2008 238. Vena daxilinə damcı üsulu ilə dərman yeridilərkən xəstənin hansı