Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə74/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   70   71   72   73   74   75   76   77   ...   274
Tibb bacisi test suallari

242. Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək 
lazımdır? 
A) Yeməkdən əvvəl 
B) Yemək vaxtı 
C) Yeməkdən sonra, su ilə
D) 2 yemək arasında
E) Yeməkdən 2 saat sonra 
Həzm traktını qıcıqlandıran dərmanlar ( məs. indometasin, dəmir preparatları və s.) 
yeməkdən sonra həkimin göstərişindən asılı olaraq su ilə qəbul edilir. 
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 
1998 
243. 10%-li kalsium-xloridin vena daxili düzgün yeridilməməsi nəticəsində hansı
yerli ağırlaşma inkişaf edir? 
A) Nekroz 
B) Abses 
C) Hepatit 
D) Tromboflebit 
E) Qanaxma 
Nekroz güclü qıcıqlandırıcı dərmanların, əsasən də 10 %-li kalsium xlorid 
məhlulunun səhvən dərialtına yeridilməsi zamanı baş verir.Belə hal olduqda dərhal 
həmin nahiyəyə fizioloji məhlul yeridərək,soyuq qoyulur,bunlar kömək etmədikdə isə
nekrotik toxumalar cərrahi yolla kənar edilir. 


74 
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 
1998 
244. İnyeksiya (dəri altı, əzələ daxili) yerində infiltrat əmələ gələrsə nə etmək 
vacibdir? 
A) Aseptik sarğı 
B) Yerli isidici kompress
C) Buz qovuğu 
D) İnyeksiya yerindən yuxarıda turna qoymaq 
E) İnyeksiya yerindən aşağıda turna qoymaq 
İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı,bərk törəmə əllənir, bu yeridilən 
dərmanın yaxşı sorulmaması nəticəsində baş verir. İnfiltrat zamanı müalicəyə tez 
başladıqda müsbət nəticə alınır. Əsas müalicə infiltratın sorulmasını sürətləndirən 
isidici proseduralar – yerli isidici kompreslər,ultrabənövşəyi şüalarla şüalanma, 
ultrayüksək tezlikli cərəyanın tətbiqi olmalıdır. 
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Bakı 1998 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin