71
233. “A” siyahısına aid dərman maddələrinin əsas fərqləndirici xüsusiyyəti
hansıdır?
A) Hipotenziv təsirli olması
B) Yuxugətirici təsirinin olması
C) Güclü təsir göstərməsi
D) Zəhərli olması
E) Desensibilizasiyaedici olması
Stasionarda xüsusi şkafın qapısının içəri tərəfinə “ A” hərfi yazılır və şkafda
saxlanılan zəhərli dərmanların siyahısı vurulur və həmçinin burada onların birdəfəlik
ən yüksək dozası və sutkalıq dozası göstərilir.Burada saxlanılan zəhərli dərmanların
ehtiyatı 5 günlük tələbatdan artıq olmamalıdır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108.
“Çıraq2008
234. Dəriiçi inyeksiya hansı nahiyədə aparılır?
A) Sağrı
B) Saidin içəri səthi
C) Göbək ətrafı nahiyədə
D) Bazunun içəri səthi
E) Budun bayır səthi
Dəriiçi inyeksiya əsasən diaqnostik məqsədlə,antibiotiklərə qarşı orqanizmin
həssaslığını təyin etmək məqsədilə aparılır. Diaqnostik məqsədlə dəriiçi inyeksiya
saidin ön səthinin aşağı hissəsində aparılır.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 150. “ Təhsil” Bakı
1998.
Dostları ilə paylaş: