vəziyyətidə olması daha əlverişlidir? A) Oturmuş
B ) Arxası üstə uzanmış
C) Ayaq üstə
D) Qarnı üstə uzanmış
E) Sol tərəfi üstə uzanmış
Venadaxilinə damcı üsulu ilə maye yeritmək digər inyeksiyalara nisbətən uzun sürür , ona görə bu inyeksiya zamanı xəstə uzandırılır, ona rahat vəziyyət verilir. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156. “ Təhsil “Bakı 1998 239. İnsulinlə müalicə zamanı baş verə biləcək yerli ağırlaşma hansıdır? A) Hepatit
B) Nekroz
C) Lipodistrofiya
D) Tromboflebit
E) Qanaxma
Lipodistrofiya insulin yeridilməsi zamanı rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 160. “ Təhsil “ Bakı 1998
73
240. İnyeksiya yerini işləmək üçün neçə dərəcəli spirt istifadə edilir? A) 80
B) 96
C) 70
D) 75
İnyeksiya ediləcək yeri 70 0 spirtdə isladılmış steril tamponla silinir, burada başlıca məqsəd aseptika qaydalarına əməl olunmasıdır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 48. “Çıraq” 2008 241. Vena daxili inyeksiyanın ani ölümlə nəticələnən ağırlaşması hansıdır? A) Sepsis
B) Hematoma
C) Nekroz
D) Hava emboliyası
E) Qanaxma
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir ki, bu da ani olaraq xəstənin ölümünə səbəb olur. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998