268. Sidikdə zülalın olması necə adlanır? A) Proteinuriya
B) Piuriya
C) Disproteinemiya
D) Bakteriemiya
E) Hipoproteinemiya
Sidikdə zülalın olması proteinuriya adlanır. “Protein”- zülal , “ uriya “ isə sidik deməkdir. Normada bir sutka ərzində insan 50 mq zülal ifraz edir. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998 269. Böyrək sancısı zamanı bağırsağın peristaltikası necə dəyişir? A) Kəskin artır
81
B) Artır
C) Dəyişmir
D) Azalır
E) Olmur
Böyrək sancısı adətən böyrək daşı xəstəliyi, sidik axarlarının daşı, irinli xəstəliklər, sidikdə olan duzlar, axarların kəskin iltihabı, ödemi zamanı rast gəlinir. Böyrək sancısı zamanı bağırsaqlarda da ağrıdan spazm olur və nəticədə peristaltika zəifləyir. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 220. “ Təhsil”Bakı 1998 270. Sidik kanalının strikturası dedikdə nə nəzərdə tutulur? A) Qısalması
B) Genişlənməsi
C) Tutulması
D) Deşilməsi
E) Daralması
Sidik kanalının strikturası sidik kanalının daralmasıdır, bu zaman sidik ifrazı ləngiyir. Bu zaman xəstə sidiyə getmək üçün xeyli gücənir, lakin buna baxmayaraq, sidik nazik şırınqa ilə, yaxud damcı-damcı xaric olur. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 222. “ Təhsil”Bakı 1998 271. Sistit hansı orqanın iltihabıdır? A) Sidik kisəsinin
B) Böyrəklərin
C) Sidik axarlarının
D) Sidik kanalının
E) Böyrək ləyəninin
Sistit sidik kisəsinin iltihabı deməkdir. “ Sistis” latınca sidik kisəsi, “ it” isə iltihabı bildirən şəkilçidir. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 232. “ Təhsil”Bakı 1998