Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 İkinci dərəcəli yataq yarasının əlaməti hansıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə78/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   ...   274
Tibb bacisi test suallari

256. İkinci dərəcəli yataq yarasının əlaməti hansıdır? 
A) Qızartı 
B) Avazıma 
C) Yara
D) Nekroz 
E) Ödem və suluqlar
Yataq yarası mikrosirkulyasiyanın pozulması nəticəsində dəri, dərialtı və digər 
yumşaq toxumalarda əmələ gələn distrofik, yaralı- nekrotik prosesdir. Prosesin klinik 
şəkli belə başlayır : I mərhələdə dəri avazıyır, sonra qızarır; II mərhələdə qızarmış 
nahiyədə ödem və suluqlar əmələ gəlir; III mərhələdə bu suluqların yerində yara və 
nekroz əmələ gəlir. 
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998 
 
257. Üçüncü dərəcəli yataq yarasının müalicəsi necə aparılmalıdır? 
A) Cərrahi üsulla 
B) 10%-li kamfora spirti ilə silmək 
C) 70
0
-li etil spirti ilə silmək 
D) Masaj etmək 
E) Vazelin sürtmək 
Yataq yarasını III mərhələsində nekroz əmələ gəlir .Belə halda müalicə ancaq 
cərrahi yolladır. Nekrozun sərhədləri aydın seçildikdə cərrahi yolla ölmüş toxumalar 
kəsilib götürülür və yaraya 1% -li kalium- permanqnat məhlulu ilə isladılmış steril 
salfet qoyulur, sarğı gündə 2-3 dəfə dəyişilir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh 53.
“Çıraq “ 2008 


78 
 
258. Soyuq kompresi neçə dəqiqədən bir dəyişilməlidir? 
A) 30 
B) 60 
C) 2-3
D) 40 
E) 10 
Soyuq kompreslər əzilmə, travma və qanaxmalar zamanı qoyulur.Belə kompreslər 
yerli soyuma əmələ gətirir və həmin yerdəki qan damarlarının daralmasına, az qan 
gəlməsinə səbəb olur,ağrını azaldır. Soyuq kompres zamanı tənzif soyuq suda isladıb 
sıxır və lazım olan yerə qoyulur, 2-3 dəqiqədən sonra tənzif isinir, ona görə onu 
yenidən isladıb qoyurlar. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 56.
“Çıraq “2008 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin