259. İsti kompresi neçə dəqiqədən bir dəyişilməlidir?
A) 50
B) 2-3
C) 30
D) 10 -15
E) 60
İsti kompresləri qoymaq üçün qalın parçanı isti suda isladıb sıxır və bədənə qoyurlar,
üstündən müşəmbə və qalın yun parça qoyulur. Bu prosedur iltihab ocaqlarının tez
sorulmasına kömək edir və ağrını kəsir. İsti kompress hər 10-15 dəqəqədən bir,
soyuduqca dəyişilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56.
“Çıraq “ 2008
260. Gün ərzində bədən temperaturu hansı həddə dəyişir (C
0
)?
A) 1,0-1,5
B) 0,8-1,0
C) 0,3-0,8
D) 0,1-0,2
E) 1,5-2,0
Sağlam şəxsdə bədən temperaturu sabit olub səhər və axşam temperaturları
arasındakı fərq az olur. Səhərlər temperatur 0,3- 0,8 dərəcə aşağı, axşam isə bir o
qədər yuxarı olur, temperaturlar arasındakı bu fərq istiliyin əmələ gəlməsi və
verilməsindən asılı olub , normada bu həddi aşmamalıdır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 82.
“Çıraq “2008
261. Febril bədən temperaturu hansı həddə dəyişir (C
0
)?
A) 36,0-37,0
79
B) 39,0-41,0
C) 37,1-38,0
D) 38,1-39,0
E) 36,5-37,5
Yüksəlmə dərəcəsinə görə zəif qızdırma, yəni febril temperatur 38,1- 39,0 həddində
dəyişilir.Bu həddən yuxarı qızdırma piretik,aşağı isə subfebril qızdırma adlanır.
Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 103. “ Təhsil” Bakı 1998
262. Dərman maddələrinin hansı üsulla yeridilməsi enteral qəbul adlanır?
A) Əzələdaxili
B) Venadaxili
C) İntraspinal (onurğa kanalına)
D) Peroral (ağızdan)
E) Dərialtı
Dərmanlar enteral olraq 3 yolla qəbul edilir : dilin altına qoymaqla , ağızdan yəni
peroral mədə-bağırsağa ötürülməklə, və düz bağırsaqdan yeritməklə.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı
1998
Dostları ilə paylaş: |