292. Sıfır pəhriz nə zaman təyin olunur? A) Şəkərli diabetdə
B) Piylənmə zamanı
C) Mədə və 12 barmaq bağırsaq əməliyyatlarından sonrakı ilk günlərdə
D) Podaqra zamanı
E) Hepatit zamanı
Sıfır pəhrizi stolları həzm traktı orqanlarında cərrahi əməliyyat keçirmiş xəstələrə tətbiq edilir. Pəhrizin məqsədi bağırsağın köpməsini azaltmaq ,həzm üzvlərinin üzərinə düşən yükü azaltmaq , adi qidalanmaya əks-göstəriş olduğu hallarda xəstənin qidalanmasını təmin etməkdir. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 90. “ Təhsil” Bakı 1998 293. Süni qidalanma üçün lazım olan qulluq aləti hansıdır? A) Ucluqlu qab
B) Kateter
C) Qazçıxarıcı boru
D) Nazik zond
E) Qaşıq
Sərbəst qida qəbul edə bilməyən,yaxud qida qəbulundan qəti imtina edən xəstələri süni yolla qidalandırılır. Bunun üçün ən cox istifadə olunan qidalanma üsulu burun boşluğundan salınmış nazik zondun köməyi ilə qidalanmadır. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 74. “ Təhsil” Bakı 1998
88
294. İsidici kompress üçün neçə qatlı tənzif salfetlər istifadə edilir? A) 3
B) 1
C) 8
D) 2
E) 5
İsidici kompreslər təmiz ,zədələnməsi olmayan dəriyə qoyulur .İsidici kompresi hazırlamaq üçün 8 qat bükülmüş tənzifdən, kompres kağızından, pambıq və bintdən istifadə edilir. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 118. “ Təhsil “ Bakı 1998 295. Aşağıdakı hansı halda isitqaca göstəriş var? A) Travma
B) Qanaxma
C) İnsult
D) Kəskin appendisit
E) Soyuqlama
İsitqacların istifadəsi quru istinin təsirindən əzələlərin yumşalması ,yerli qan dövranının həcminin artması, sorucu və ağrı kəsici effektə əsaslanır. Bu baxımdan soyuqlama zamanı isitqac göstəriş sayılır. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 121. “ Təhsil” Bakı 1998