Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə90/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   86   87   88   89   90   91   92   93   ...   274
Tibb bacisi test suallari

304. Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir? 


91 
A) Bətndaxili infeksiya 
B) Pnevmopatiya 
C) Əmmə-udma refleksinin olmaması
D) Hipertermiya 
E) Donor südü ilə qidalanma 
Uşağın ana südü ilə qidalana bilməsi üçün onda əmmə və udma refleksi olmalıdır. 
Yarımçıq doğulmuşlarda bu reflekslər zəif olduğu üçün bir neçə gün onlar döşə 
qoyulmur, refleks əmələ gələnə qədər zondla yedizdirilir.
Ədəbiyyat:
 
N.Tağıyev “Neonatologiya” .”Bakı” 2007 Səh 136
 
305. Vaxtından əvvəl doğulmuş uşaqlarda konyuqasion sarılıq hansı əlamətlə
səciyyələnir? 
A) Sarılıq gec əmələ gəlir 
B) Gedişi uzun müddətli olur
C) Gedişi qısa müddətli olur 
D) Əlamətləri cüzi olur 
E) Anadan gəlmə olur 
38-41 həftədən əvvəl doğulan, çəkisi 2500 qramdan az, boyu isə 45 sm-dən qısa olan 
uşaq vaxtından əvvəl doğulmuş sayılır və anatomik-fizioloji xüsusiyyətlərinə görə 
vaxtında doğulan uşaqdan fərqlənir. Belə doğulmuş uşaqlarda konyuqasion sarılığın 
gedişi uzun müddətli olur. 
Ədəbiyyat:
 
N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124 .
 
306. Yenidoğulmuşun gözünün təmizlənməsində aşağıdakılardan hansı istifadə 
edilir? 
A) Bitki yağı 
B) 3% -li hidrogen peroksid məhlulu 
C) Qaynanmış su,1%-li tetrasiklin məlhəmi
D) 96%-li spirt məhlulu 
E) 5%-li yod məhlulu 
Göz zərif görmə orqanı olduğundan spirt,yod,perekis, yağ və s. mayelərlə gözü 
yumaq olmaz, əks halda selikli qişa qıcıqlanaraq zədələnər.Ona görə də 
yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin 
məlhəmindən istifadə edilir.
Ədəbiyyat:
 
N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54
.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin