93
B) 2-3 günə
C) 2-3 həftəyə
D) 2 aya
E) 3 aya
Cinsi kriz cinsindən asılı olmayaraq yenidoğulmuş uşaqlarda:həm qızlarda,həm də
oğlanlarda ola bilər. Ana bətnində hamiləliyin 4-cü ayında anadan dölə esterogen
hormonu keçdiyindən, onun təsiri nəticəsində doğulduqdan sonra uşaqlarda ilk
günlərdə cinsi kriz əmələ gəlir,2-3 həftə davam edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
312. Omfolit nəyin iltihabıdır?
A) Dərinin
B) Göbəyin
C)
Mədənin
D) Qaraciyərin
E) Dalağın
Yenidoğulmuş uşağın göbəyi xüsusi qulluq tələb edir. Bu qulluq düzgün aparılmazsa
göbək yarası infeksiyalaşır, nəticədə göbək və ətrafı toxumada iltihab baş verir. Bu
isə omfolit adlanır.
Ədəbiyyat:
N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 .
313. Hipoqalaktiya nədir?
A) Qan azlığı
B) Qida çatışmazlığı
C) Vitamin çatışmazlığı
D) Ana südünün çatışmazlığı
E) Mədə-bağırsaq pozğunluğu
Hipoqalaktiya ana südünün çatışmazlığı deməkdir. Bu zaman süd ifrazı azalır.
Səbəbləri isə müxtəlifdir. Əsas səbəblərdən biri ananın və uşağın düzgün
qidalanmamasıdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 132 .
314. Yenidoğulmuşlarda tranzitor hipertermiyanın səbəbi hansıdır?
A) Yenidoğulmuşların dəri xəstəlikləri
B) Yenidoğulmuşların asfiksiyası
C) Istilik mərkəzinin tam inkişaf
etməməsi
D) Hormonal kriz
E) Konyuqasion sarılıq
Yenidoğulmuşlarda mərkəzi sinir sisteminin də digər üzvlər kimi funksional cəhətdən
tam inkişaf etməməsi, istilik əmələ gəlməsi ilə istilik vermə arasında müvazinətin
olmaması nəticəsində tranzistor hipertermiya baş verir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72.
Dostları ilə paylaş: