Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə94/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   90   91   92   93   94   95   96   97   ...   274
Tibb bacisi test suallari

318. Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır? 
A) Dermatitin 
B) Omfolitin
C) Qonoblenoreyanın
D) Sistitin 
E) Sepsisin 


95 
Uşaq doğulan kimi qonoblenoreyyanın profilaktikası aparılır.Bu zaman 1%-li 
tetrasiklin, 0,5%-li eritromisin məlhəmindən və natrium sulfasil məhlulundan istifadə 
edilir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 33 .
319. Vərəm əleyhinə peyvəndi kim vurmalıdır? 
A) Sahə tibb bacısı 
B) Həkim 
C) Xüsusi hazırlıq keçmiş tibb bacısı
D) Sahə həkimi 
E) Prosedur tibb bacısı 
Yenidoğulmuşlarda 3-5 ci gün vərəm əleyhinə BSJ vaksini vurulur. Peyvənd xüsusi 
otaqda xüsusi şprislə (1 qramlıq) ehtiyyatla, diqqətlə vurulmalıdır. Diqqətsizlik 
infeksiyanın yayılmasına səbəb ola bilər. Ona görə də BSJ vaksinini xüsusi hazırlıq 
keçmiş tibb bacısı vurmalıdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı . 2007 səh38 
320. Yeni doğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir? 
A) Duboviç 
B) Sinverman 
C) Apqar
D) Ortner 
E) Neçeporenko 
Yenidoğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə 
uşaqda 5 əlamət: ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüsün sayı, əzələ tonusu
dərinin rəngi müayinədən keçirilərək müvafiq balla hesablanır . 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 34 .
 
321. Yenidoğulmuşlarda əmələ gələn doğuş şişi nədir? 
A) Dölyanı mayenin toxumalara toplanması 
B) Sümük və sümüküstlüyü arasına qansızma 
C) Öndə gələn hissənin ödemi
D) Dölyanı mayenin aspirasiyası 
E) Bətndaxili infeksiya 
Doğuş şişi doğuş zədələri arasında birinci yeri tutur. Başda dərialtı toxumada, limfa 
və qan damarlarında olan durğunluq nəticəsində nöqtəvari qansızmalar və ödem 
əmələ gəlir. Adətən müalicə tələb etmir. Şiş 24-36 saatdan sonra , bəzi hallarda 2-3 
gündən sonra sorulur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin