Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Yenidoğulmuşlarda baş beyin zədələnməsinin əsas əlaməti nədir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə95/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   91   92   93   94   95   96   97   98   ...   274
Tibb bacisi test suallari

 
322. Yenidoğulmuşlarda baş beyin zədələnməsinin əsas əlaməti nədir? 
A) Hipertermiya 
B) Qıcolma
C) Hemorragik sindrom 


96 
D) Sarılıq 
E) Hipotermiya 
Baş beynin zədələnməısi yenidoğulma dövrünün ağır patologiyası sayılır.Bu zaman 
baş beynin ödemi və kəllədaxili qansızmalar olur. Qansızmanın lokalizasıyasından 
asılı olaraq uşaqda müxtəlif əlamətlər baş verir. Vacib diaqnostik əlamət qıcolmadır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
 
323. Hemolitik xəstəlik hansı hallarda baş verə bilər? 
A) Hər ikisində Rh(-)qan 
B) Anada Rh(+) və uşaqda Rh(-)qan 
C) Anada Rh(-) və uşaqda Rh(+) qan
D) Hər ikisində Rh(+) qan 
E) Anemiya 
Hemolitik xəstəlik anada rezus mənfi –Rh(-), uşaqda isə Rh(+) qan olduqda baş 
verir. Dölün rezus amili ana qanına keçdikdə anti – rezus əks cisimlər əmələ gəlir. 
Bunlar ciftdən keçərək dölün qanına düşür, döldə antigen-anti cism reaksiyası baş 
verir. Eritrositlərin hemolizə uğraması nəticəsində hemolitik xəstəlik əmələ gəlir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 207 Səh 306 .
 
324. Doğum evində qonoblenoreyanın profilaktikası nə vaxt aparılır? 
A) Doğuşdan sonra ilk 1 saat ərzində 
B) Doğuşdan 1 saat sonra 
C) Doğuşdan 4 saat sonra 
D) Doğuşdan 2 saat sonra 
E) Doğuşdan 3 saat sonra 
Qonoblenoreyanın profilaktikası bir dəfə, doğuşdan sonra ilk bir saat ərzində 
aparılır. Əsas məqsəd gələcəkdəə gözün qonokok infeksiyasından zədələnməsinin 
qarşısını almaqdır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007, Səh 198. 
“Sağlam yeni doğulmuşa qulluq üzrə klinik protokol” 
 
 
 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin