Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Uşaq müəssisələrində əsaslı dezinfeksiya neçə faizli xloraminlə aparılır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə97/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   93   94   95   96   97   98   99   100   ...   274
Tibb bacisi test suallari

328. Uşaq müəssisələrində əsaslı dezinfeksiya neçə faizli xloraminlə aparılır? 
A) 10 
B) 5 
C) 3 
D) 1 
E) 2 
Dezinfeksiya iki şəkildə-cari və əsaslı aparılır. Əsaslı dezinfeksiya aparmaq üçün 5% 
li xloramin məhlulundan istifadə edilir. Hər hansı bir uşaq müəssisəsində (uşaq 
bağçası, məktəb və s.)uşaq infeksion xəstəliyi aşkar olunduqda mütləq dezinfeksiya 
tədbiri həyata keçirilməlidir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.198”
“Azərnəşr ”1990. 
329. Yenidoğulmuşlarda dərinin infeksion xəstəliklərinə nə aiddir? 
A) Bişməcə 


98 
B) Teleangioektaziya 
C) Yenidoğulmuşun qovuqcuqlu xəstəliyi
D) Omfalit
E) Tərlilik 
Yenidoğulmuşlarda dəri və selikli qışalar zərif və tez zədələnən olur. Bu səbəbdən də 
onlara qulluq ehtiyatla aparılmalıdır. Əgər dəriyə düzgün qulluq edilməzsə, dərinin 
tamlığı pozularsa, dəridən infeksiya keçərək dərinin infeksion xəstəliyini : 
yenidoğulmuşun qovuqcuqlu xəstəliyi( vezikulopustuloz)əmələ gətirir.
N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 183 .
330. Tənəffüs çatışmazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir? 
A) Vaxtından gec doğulanlar 
B) Vaxtında doğulanlar 
C) Vaxtından əvvəl doğulmuşlar
D) Çox döllü hamiləlik 
E) Çox saylı hamiləlik 
Çəkisi 2500 qramdan az ,boyu 35-45 sm doğulan uşaq vaxtından əvvəl doğulmuş 
sayılır. Mərkəzi sinir sistemi, bir sıra orqan və sistemlər tam inkişaf etmədiyindən 
belə uşaqlarda bir sıra funksional pozğunluqlar meydana çıxır. Belə uşaqlarda 
tənəffüs çatışmazlığı sindromu tez inkişaf edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 128.
331. “B” virus hepatiti əleyhinə vaksin hara vurulur? 
A) Vena daxilinə 
B) Sağrı nahiyəsinə 
C) Sağ çiyin nahiyəsinə 
D) Budun ön nahiyəsinə
E) Dəri daxilinə 
“B” virus hepatiti əleyhinə vaksin budun ön divar nahiyyəsinə vurulir. 
Ədəbiyyat:“Təcrübədə immunlaşdırma”(metodik göstərişlər) Modul 2 .2010səh.10 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin