107
Ədəbiyyat:Л.A.Исаeva,Л.К.Бaжenova»Детские Болезни»Mockвa1986 стр 562
362. Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir?
A) Difteriya, göyöskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT)
B) Poliomielitə qarşı oral vaksin (OPV)
C) Qızılcaya qarşı olan vaksin
D) Vərəm əleyhinə vaksin (BSJ)
E) Hepatit B-yə qarşı vaksin (EUVAX)
Vaksinlər 2 qrupa bölünür. : Canlı və cansız. Difteriya, göy öskürək və tetanusa qarşı
kombinə olunmuş vaksin (AGDT) cansız vaksindir.Vaksinasiya 2-3-4 aylıqda aparılır
revaksinasiya isə 18-aylıqda aparılır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)
səh 5
363. Aşağıda sadalanan vaksinlərdən hansı canlı vaksinlərə aiddir?
A) Tetanusa qarşı anatoksin (AT)
B) Göy öskürək, difteriya, tetanusa qarşı vaksin (AGDT)
C) Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM)
D) “B” hepatitinə qarşı vaksin
E) Hemofil β çöpləri tərəfindən törədilən xəstəliklərə qarşı vaksin
Vaksinlər 2 qrupa bölünür: canlı və cansız. Qızılca, parotit və məxmərəyə qarşı
vaksin (QPM) canlı vaksinlərə aiddir.Vaksinasiya 1və 6 yaşda aparılır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010(Modul 2) (Metodik göstərişlər)
səh5
Dostları ilə paylaş: