372.
Hansı xəstəliklər zamanı qanda eozinofillərin miqdarı artır?
A) Qarın yatalağı, anemiya
B) Appendisit, polimielit
C) Nefrit, qastrit
D) Anemiya
E) Bronxial astma, askaridoz
110
Eozinofiliya – eozinofillərin miqdarının artmasına deyilir və askaridoz zamanı
allergiyalarda , bronxial astma zamanı , məxmərək zamanı müşahidə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə
üsulları. Bakı.1996 səh 96 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова,
С.А.Петросова.Клинические лабораторные исследования. Москва «Медицина»
1984 səh 158
373. Şəkərli diabet zamanı hansı orqanın funksiyasının pozulması baş verir?
A) Qaraciyərin
B) Hipofiz vəzinin
C) Mədəaltı vəzinin
D) Epifiz vəzisinin
E) Qalxanabənzər vəzinin
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, əmələ gəlmə səbəbi müxtəlifdir.
Şəkərli diabet xəstəliyi mədəaltı vəzin insulin ifraz etmə funksiyasının pozulması
nəticəsində baş verən xəstəlikdir.Uşaqların bütün yaş dövrlərində rast gəlinir.
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 333
374. Uşaqlarda normada acqarına qanda şəkərin miqdarı nə qədərdir?
A) 6,6-7,7 mmol/l
B) 5,5-7,7 mmol/l
C) 3,3-5,5 mmol/l
D) 9,9-11,11 mmol/l
E) 7,7-9,9 mmol/l
Normada sağlam insanın qanında şəkərin miqdarı . 80-120 və ya 3,3-5,5 mmol/1
həddində olmalıdır.
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 335
375. Uşaqlarda normada sidikdə şəkərin miqdarı nə qədər olmalıdır?
A) 7 mmol/l
B) 3,3-5,5 mmol/l
C) 0-3 mmol/l
D) Olmamalıdır
E) 6,5-7,5 mmol/l
Sağlam uşaqda normada sidiklə şəkər ifraz olunmamalıdır. Əks halda bu, xəstəlik
sayılır.
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 336
Dostları ilə paylaş: |