Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Uşaqlarda enterebiozu nə törədir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə116/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   112   113   114   115   116   117   118   119   ...   274
Tibb bacisi test suallari

405. Uşaqlarda enterebiozu nə törədir? 
A) Lyamblya 
B) Askarid
C) Bizquyruq 
D) Öküz soliteri
E) Trixosefalioz 
Qurd invaziyaları içərisində uşaqlar arasında enteribioza daha çox təsadüf edilir. 
Xəstəliyi bizquyruq qurdlar törədir,yaşama müddəti 3-4 həftədir. 
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 139 
406. Eksudativ – kataral diatez nədir?
A) Sağlam vəziyyətdir 


119 
B) Bədən quruluşunun anomaliyasıdır 
C) Ayrıca xəstəlikdir 
D) Sindromdur
E) Dəri allergiyasıdır
Eksudativ-kataral, diatez erkən yaşlı uşaqlar arasında rast gəlinir və 2-3 yaşa qədər 
davam edir.Əsaən dəri və selikli qişalar zədələnir,belə uşaqların dili xəritəyə 
bənzədiyi üçün “coğrafi dil”adlanır. EKD xəstəlik deyil sindromdur, onun əmələ 
gəlməsində genetik faktor da rol oynayır. 
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 69 
407. 5 yaşlı uşağın çəkisi nə qədər olmalıdır? 
A) 23 kq 
B) 18 kq
C) 25 kq 
D) 20 kq
E) 15 kq 
5 yaşlı uşağın çəkisi 20-22 kiloqram olmalıdır. 1 yaşda uşaq10-12 kiloqram, sonra 
isə hər ilə 2 kq artmalıdır.Çəki artımı 10+ 2 x n düsturuna əsasən hesablanır. 
Ədəbiyyat: Л.A.Исaevа, Л.К.Baжenova “Детские Болезни”, Мoсkвa 1986 стр
38 
408. 10 yaşlı uşaqda A/T (arterial təzyiq) neçə millimetr civə sütunu olmalıdır?
A) 90 mm/c.st. 
B) 80 mm/ c.st. 
C) 100 mm/ c.st. 
D) 85 mm/ c.st. 
E) 95 mm/ c.st. 
A/T yeni doğulduqda 60-70 mm/cs 1 yaşda 75-80 mm/cs.10 yaşda isə 100 mm/cs-dir. 
1 yaşdan sonra A/T 80+2n düsturu ilə hesablanır
Ədəbiyyat: N.Tağıyev “Neontologiya”Bakı 2007 səh 30 
 
409. Yenidoğulmuşların asfiksiyası zamanı ilk tədbır olaraq nə etmək lazımdır ?
A) Süni tənəffüs
B) Ürəyin masajı
C) Yuxarı tənəffüs yollarının sanasiyası 
D) Oksigen
E) Ağciyərlərin süni ventilyasiyası 
 
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbləri çoxdur.Əsas səbəblərdən biri 
də uşağın doğuş yollarından xaric olkarkən dölyanı mayeni udmasıdır.Bu dölyanı 


120 
maye tənəffüs yollarına düşdükdə boğulma-asfiksiya baş verir.İlk yardım olaraq 
yuxarı tənəffüs yollarının sanasiyası (təmizlənməsi) aparılmalıdır.
N.Tağıyev Neonatologiya. Bakı 2007.səh 145 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin