Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə119/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   115   116   117   118   119   120   121   122   ...   274
Tibb bacisi test suallari

417. Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir
ölçülməlidir? 
A) 60
0
-90

B) 15
0
-20
0
C) 20
0
-25
0
D) 30
0
-60
0
E) 90
0
-120
0
Əgər uşağın bədən temperaturu 39
0
və ondan yuxarı qalxarsa bu hipertermiya 
sayılır. Bu zaman uşaq çox narahat olur, tənəffüs tezləşir, ürək vurğularının sayı 
artır, bəzən də qıcolma ola bilir.Uşağa ilk yardım edilir və 30- 60 dəqiqədən bir 
bədən temperaturu ölçülür.
Ədəbiyyat: Л.А.Исаева, Л.К. Баженова, “Детские Болезни”, Москва 1986, cтр 
212 
 
418. Hemofiliya xəstəliyi zamanı uşağa əsas preparatlar necə yeridilir? 
A) Dəriiçi
B) Əzələdaxili 
C) Dərialtı 
D) Damardaxili
E) Peroral
Hemofiliya qanın laxtalanma sisteminin pozulması nəticəsində baş verən irsi 
xəstəlikdir. Xəstəliyin xarakter sinptomu qansızma və qanaxmalardır ( burundan, 
ağızboşluğundan dişdibindən və.s). Ona görə ilk növbədə əvəzedici müalicə aparılır. 
Yəni qan plazma,damardaxili yeridilir. 
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. «Детские Болезни»Москва 1986. стр 
260 
419. Hemofiliya xəstəliyi olan uşaq soyuqlayarsa ona hansı dərmanı vermək 
olmaz? 
A) Dimedrol
B) Mukaltin
C) Askorbin turşusu 
D) Asetilsalisil turşusu
E) Antibiotiklər 
Hemofiliya xəstəliyinin xarakter əlamətlərindən biri qansızma və qanaxmadır. Belə 
vəziyyətdə asetilsalisil turşusu təyin etmək olmaz. Çünki bu qanı durulaşdıraraq 
qanaxmanı artırar. 
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. «Детские Болезни»Москва 1986. 
Стр.261 
420. Tetanus əleyhinə anatoksin nə üçün yeridilir? 
A) Passiv immunitet yaratmaq üçün
B) İltihabı prosesi aradan qaldırmaq üçün 


123 
C) Aktiv immunitet yaratmaq üçün
D) Sepsisin qarşısını almaq üçün 
E) Hepatit B-nin qarşısını almaq üçün 
Tetanus əleyhinə anatoksin aktiv immunitet yaradaraq uşağı tetanusa yoluxmadan 
qoruyur. Preparat maye halda flakonda və ya 1 dozalı şpris tubiklərdə buraxılır. 
Ədəbiyyat: “Təcrübə immunlaşdırma” (metodik göstərişlər) Modul 2.Bakı 2010, 
səh 8 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin