Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Hipotireoz hansı üzvün funksional çatışmazlığıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə127/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   123   124   125   126   127   128   129   130   ...   274
Tibb bacisi test suallari

450. Hipotireoz hansı üzvün funksional çatışmazlığıdır?
A) Mədəaltı vəzin 
B) Böyrəküstü vəzin 


131 
C) Hipofiz vəzinin 
D) Qalxanabənzər vəzin
E) Timus vəzin 
Hipotireoz xəstəliyinə uşaqların bütün yaş qruplarında rast gəlinir. Qalxanvari vəzin 
inkişaf qüsuru və tiroid hormonunun çatışmazlığı nəticəsində əmələ gəlir. 
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 370 
451. Dəmir defisitli anemiyanın kliniki əlamətləri nədir? 
A) Ümumi zəiflik stomatit, qlosst, əlamətləri olur 
B) Qusma, ishal olur, qaraciyər böyüyür 
C) Dəri quru olur qabıq verir, tük tez tökülür-uşaq təbaşir, torpaq yeyir 
D) Dəri və selikli qişalar solğun, qansızmalar baş verir 
E) Dəri sarı və boz rəngdə olur, dalaq böyüyür 
Bətndaxili dövrdə hamiləliyin axırıncı iki ayında dəmir anadan dölə keçərək, onun 
orqanizmində toplanır. Ananın müəyyən xəstəlikləri (anemiyası, hamiləlik toksikozu, 
bətndaxili infeksiya və s.) dəmirin uşaq orqanizmində depo kimi yaranmasının 
pozulmasına səbəb olur. Uşaq doğulandan sonra dəmiri qida vasitəsi ilə alır. Hər iki 
halda dəmir çatışmazlığı dəmir- defisitli anemiyanın əmələ gəlməsinə səbəb olur. 
Belə uşağın dərisi quru olur, qabıq verir, tükləri tez tökülür. Uşaq torpaq, təbaşir və 
s. yeyir. 
Ədəbiyyat:A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008,səh 301 
452. Bətndaxili inkişaf dövrü neçə həftə davam edir? 
A) 28 -30 
B) 12 -16 
C) 38-40
D) 30 -35 
E) 20-30
38-40 həftəlik hamiləlik normal bətndaxili inkişaf dövrü sayılır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” ”Bakı” 2007 Səh 136
453. Təmizləyici imalə zamanı uşağın vəziyyəti necə olmalıdır? 
A) Qarnı üstə 
B) Sağ təfəri üstə
C) Sol tərəfi və ya arxası üstə uzadılır
D) Sağ tərəfi və ya arxası üstə
E) Oturaq vəziyyətdə
Təmizləyici imalə zamanı uşağı arxası üstə və ya sol böyrü üstə uzandırılır. Yeni 
doğulmuşlar arxası üstə, böyük uşaqlar sol tərəfi üstə . Çünki bu vəziyyətdə rezin 
ucluq düz bağırsağa yaxşı daxil olur. 
Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Бaжenoвa “Детские Болезни”, Moсkвa 1986, cтр 
237 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin