482 . Tibb bacısı yenidoğulmuşlara neçə dəfə patronaja getməlidir? A) Ayda 1 dəfə
B) Həftədə 2 dəfə
C) 2 həftədən bir
D) Həftədə 1 dəfə
E) 2 ayda 1 dəfə
Qəbul olunmuş qaydalara əsasən tibb bacısı yenidoğulmuşları həftədə 1 dəfə patronaj etməlidir.Patronajın əsas məqsədi:Tibb bacısı anaya məsləhət verir, uşağın necə qidalandırıldığını görür, dərisinə, selikli qişasına baxır, uşağın inkişafına nəzarət edir və bu barədə sahə pediatrına məlumat verir. Ədəbiyyat: Организация лечебно–профилактической помощи детям Mockвa 1987, стр88 483. Tibb bacısı 1 yaşdan 2 yaşa qədər uşaqlara neçə dəfə patronaja getməlidir? A) 3 aydan bir
B) 2 aydan bir
C) Ayda 1 dəfə
D) 6 aydan bir
E) ildə 1 dəfə
Qəbul olunmuş qaydalara əsasən tibb bacısı 1 yaşdan 2 yaşa qədər uşaqlara ayda 1 dəfə patronaja getməlidir. Patronajın məqsədi: tibb bacısı anaya məsləhət verir, uşağın necə qidalandırıldığını görür, dərisinə, selikli qişasına baxır, uşağın inkişafına nəzarət edir və bu barədə sahə pediatrına xəbər verir Ədəbiyyat: Организация лечебно – профилактической помощи детям Mockвa1987, стр 89 484. Uşaqların profilaktik peyvənd kitabçası hansıdır? A) F -030
B) F- 112
C) F -75 a
D) F – 063 u
140
E) F-286
Hər bir uşaq uşaq poliklinikasının qeydiyyatında olur.Uşaqları müəyyən xəstəliklərdən qorumaq ücün Dövlət tərəfindən təstiq olunmuş profilaktik peyvənd təqvimi var. Bu peyvəndlər isə f-063adlanan formada qeyd olunur. Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14.1997-ci 61 saylı əmri Организация лечебно – профилактической помощи детям Mockвa 1987, стр 90