485. Uşaqların inkişaf kitabçası hansıdır? A) F - 286
B) F-114
C) F -116
D) F- 112
E) F- 75 a
Uşaq doğum evindən evə yazıldıqdan sonra sahə pediatrı və sahə tibb bacısı tərəfindən nəzarətə götürülür. Uşağın fiziki və sinir-psixi inkişafı yoxlanılır. Lazım gəldikdə iaborator analizlər aparılır. Bütün bunlar isə uşağın inkişaf kitabcası sayılan 112 nömrəli formada qeyd olunur. : Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14.1997-ci 61 saylı əmri Организация лечебно – профилактической помощи детям Mockva1987, стр 90 486. Uşaqlarda böyük əmgək neçə ayında bağlanır ? A) 8- 11
B) 4 -7
C) 12-15
D) 9 -10
E) 15- 17
Uşaq doğularkən kəllə sümüklərinin birləşmə yerlərində olan kiçik əmgəklər bağlanlr. Alın və təpə sümükləri arasında olan böyük əmgək isə uşagın 12-15 ayında bağlanlr. Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66 487. Uşaqlarda gecə sidiyi saxlaya bilməmək necə adlanır ? A) Proteinuriya
B) Anuriya
C) Oliqouriya
D) Enurez
E) Qlükozuriya
Gecə sidiyi saxlaya bilməmək-enurez ən cox məktəbəqədər bəzən yeniyetmə dövrundə oğlanlarda daha çox baş verir. Enurezin əmələ gəlməsində böyrək xəstəlikləri və sinir sistemi tərəfindən psixi travma qorxu və s.səbəb ola bilər. Ədəbiyyat:A.A.Əyyubova –Uşaq xəstəlikləri. Bakı. 2008,səh 269 488. Meyvə şirəsi uşağa nə vaxt verilir?
141
A) Ancaq gecə
B) Yeməkdən qabaq
C) Yemək vaxtı
D) Yeməkdən sonra
E) Səhər tezdən
İnkişafda olan uşaq orqanizmini vitaminlərlə təmin etmək və həzmi yaxşılaşdlrmaq ücün meyvə şirəsi verilir. Yaxşı olar ki ,meyvə şirəsi uşağa yeməkdən sonra verilsin. Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75