493. Uşaq necə ayında sərbəst oturur? A) 4-5
B) 2-4
C) 6-7
D) 8-9
E) 10-11
Sağlam uşaq 6-7 aylığında sərbəst oturur,iməkləməyə başlayır.Sərbəst və asanlıqla qarnı üstündən arxası üstə cevrilir. Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова Детские болезни. Москва 1986 стр 28. 494. Südəmər uşaqlarda bir dəqiqədə tənəffüsün sayı necədir? A) 25-30
B) 20-25
C) 30-35
D) 35-40
E) 40-45
Südəmər uşaqlarda tənəffüsü uşaq yatdıqda və ya sakit vəziyyətdə olduqda sayırlar. Uşaqlarda tənəffüs qarışıq tipli olur. Südəmər uşağın tənəffüsünün sayı bir dəqiqədə 30-35 olur. Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 59. 495. Döş kifozu uşağın hansı ayında baş verir? A) 7
B) 3
C) 6
D) 9
E) 12
Uşaqların sümüyü böyüklərinkinə nisbətən elastiki,yüngül olur, təzyiqin təsirindən tez əyilərək formasını dəyişir.Bu səbəbdən də uşaq 6 aylığında oturmağa başlayır və bu vaxt uşaqda döş kifozu əmələ gəlir. Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 50.
143
496. Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə neçə olur? A) 130-140
B) 70-80
C) 90-100
D) 110-120
E) 140-150
Uşaqlarda yaxşı olar ki,nəbz tənəffüslə yanaşı sayılsın. Nəbzin tezliyini saymaq ücün uşaq sakit vəziyyətdə olmalı və ya yatmalıdır.Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə 110-120 vurğu olur. Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр67. 497. Uşaqlarda süd dişlərinin sayı hansı formula əsasə təyin olunur? A) n-2
B) n-1
C) n-4
D) n-3
E)n-5
Uşaqlarda süd dişləri 6-7 aylığından çıxmağa başlayır.12 ayında uşağın neçə dişi olduğunu n-4 folmulundan istifadə edərək tapa bilərik(n-ayların sayıdır) 12-4=8. Deməli 12aylıq uşağın 8 dişi olur. Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова. Детские болезни. Москва 1986 стр50 .