529. Südəmər yaş dövründə ilk əlavə yemək hansı ayda verilir?
A) 8 ayında
B) 6 ayında
C) 4 ayında
D) 9 ayında
E) 3 ayında
5-6 ay ana südü südəmər uşağın tələbatını tam ödəyir. Böyüdükcə orqanizmin
təlabatı artdığı üçün ana südü azlıq edir. Ona görə 6 -cı aydan uşağa əlavə qidalar
verilir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни» Москва 1986 стр
101
152
530. Südəmər yaşda qida çatışmazlığı nə ilə nəticələnir?
A) Nəbz vurğuları artır
B) Sidik ifrazı pozulur
C) Nəcis ifrazı pozulur
D) Çəki artımı azalır
E) Tənəffüs tezləşir
Südəmər yaşda uşaq orqanizminin fiziki cəhətdən normal böyüməsi (çəki,boy) düzgün
və dəyərli qidalanmadan asılıdır.Ona görə də qida çatışmazlığı zamanı ilk növbədə
çəki artımı azalır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh
103
531. Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?
A) Tibb bacısı təyin edir
B) Həkim təyin edir
C) Süd verən ana təyin edir
D) Uşaq təyin edir
E) Köməkçi təyin edir.
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra
özü ana südündən imtina edir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh
104
532. Hansı çəkidə doğulmuş uşaq orta çəkili hesab edilir?
A) 2000-2500 qr
B) 2500-3000 qr
C) 3000-3500 qr
D) 3500-4000 qr
E) 4000-4500 qr
Vaxtında yeni doğulmuş uşağın orta çəkisi normada 2500 qramdan çox, 3000-3500
qr təşkil edir.
Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 35
533. Yenidoğulmuşda fizioloji çəki itkisi neçənci gün müşahidə edilir?
A) 2-5-ci
B) 1-2-ci
C) 3-4-cü
D) 7-8-ci
E) 8-9-cu
İlk günlər uşaq çox az süd əmir. Sutkada 20-25 dəfə sidik ifraz edir, doğuş şişi ardan
qalxır, bunun nəticəsi olaraq 3-4-cü gün uşaqda fizioloji çəki itkisi əmələ gəlir.
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 38
|