istifadə edilir? A) Suda isladılmış kürəciklər
B) Steril bitki yağında isladılmış pambıq çöplər
C) Pambıq kürəciklər
D) Tənzif kürəciklər
E) Quru pambıq çöplər
Qulaq həssas orqan olduğundan qulağı çox qıcıqlandırmaq olmaz. Xarici qulaq keçəcəyi quru pambıq çöplərlə təmizlənir. Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 33 539. Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici damcının tökülməsində məqsəd nədir? A) Bədən hərarətini azaltmaq
B) Burun selikli qişasının ödemini artırmaq
C) Burunun selikli qişasında ödemi azaltmaq
D) Bağırsaq peristaltikasını artırmaq
E) Qarında köpü azaltmaq
Südəmər uşaqda burun boşluğu kiçik və dar olduğuna görə yuxarı tənəffüs yollarının katarında,rinitdə burun selikli qişası ödemləşir, burun tənəffüsü çətinləşir. Uşaq əmə bilmir. Ona görə də uşağı əmizdirmədən əvvəl selikli qişanın ödemini azaltmaq üçün buruna damargenəldici damcı tökülməlidir. Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 100 540. Uşaqda həzm orqanı xəstəliklərində ilk xəbərdaredici əlamət hansıdır? A) İştahanın pozulması
B) Qarında ağrı
C)Yuxunun pozulması
D) Dispeptik əlamətlər
E) Qarında köp
Uşaqda həzm orqanı xəstələndikdə (qastrit,qastroenterit və s.) iltihabı proseslərdə spazm əmələ gəlir, sinir uclarına təsir edir, bu da ağrıya səbəb olur. Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 369 541. Uşaqda mədə xorası zamanı qida rasionundan nə çıxarılır? A) Kərə yağı
B) Ət və balıq bulyonu
C) Süd,kəsmik
D) Zeytun yağı
155
E) Südlü sıyıqlar
Mədə xorası olan xəstə uşaqlara duru, tez həzm olunan vitamin və tərəvəzlə zəngin qidalar verilməlidir. Zülallı yağlı qidalar əks göstərişdir. Belə qidalar çətin həzm olunur .Ona görə mədə xorasında ət və balıq bulyonu qida rasionundan çıxarılır. Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 374