534. Yenidoğulmuşlarda çəki itkisi neçə faiz % təşkil edir ? A) 8-10%
B) 10-15%
C) 20-30%
D) 5-7%
E) 3-5%
Yenidoğulmuş uşaq ilk günlər az süd əmir, az maye qəbul edir, çox sidik ifraz edir.onunla əlaqədar olaraq ilk çəkinin 8-10% itir. Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 36 535. Yenidoğulmuşlarda fizioloji eritema neçə gün davam edir? A) 5-6
B) 3-4
C) 1-2
D) 6-7
E) 7-8
Uşaq bətndaxili mühitdən xaric mühütə düşdükdə işığın, havanın təsirindən fizioloji eritema (dərinin səpgi xarakterli qızarması ) olur və 1-2 günə keçir. Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 37 536. Yenidoğulmuşlarda konyuqasion sarılıq nə vaxt itir? A) 3-4
B) 5-6
C) 4-5
D) 8-10
E) 10-15
Yenidoğulmuşlarda ilk günlər qaraciyərin funksiyası, fizioloji olaraq bir qədər zəif olduğu üçün qanda sərbəst bilirubinin miqdarı artır və konyuqasion sarılıq əmələ gəlir. Bu uşağın ümumi əhvalına heç bir təsir etmir, konyuqasion sarılıq 8-10 günə itir. Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 40 537. Yenidoğulmuşun burun boşluğu nə ilə təmizlənir? A) Quru pambıq çöplə
B) Steril bitki yağında isladılmış pambıq çöplə
C) Suda isladılmış çöplə
D) Tənzif kürəciklərlə
E) Pambıq kürəciklərlə
Yenidoğulmuşlarda burun boşluğu kiçik və dar olur. Selikli qişası zərif olur. Burun tutulduqda, burunda selik olduqda tənəffüs tez pozulur. Yenidoğulmuşun burun boşluğu vaxtaşırı steril bitki yağında islanmış pambıq çöplə təmizlənməlidir. Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 42
154
538. Erkən yaşlı uşaqlarda xarici qulaq keçəcəyinin təmizlənməsində nədən