Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Hamiləliyin neçə həftəsindən əvvəl doğulan uşaq vaxtından əvvəl doğulmuş



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə150/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   146   147   148   149   150   151   152   153   ...   274
Tibb bacisi test suallari

546. Hamiləliyin neçə həftəsindən əvvəl doğulan uşaq vaxtından əvvəl doğulmuş 
sayılır? 
A) 40 
B) 39
C) 37
D) 41
E) 42
Normal hamiləlik 39-41 həftəyə qədər olan hamiləlikdir. Bu dövrdə doğulan uşaq 
ana bətnində inkişaf edərək funksional cəhətdən yetişmiş uşaq olur. 37 həftədən əvvəl 
doğulan uşaq isə funksional cəhətdən yetişməmiş, vaxtından əvvəl doğulmuş uşaq 
sayılır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı” 2007 səh 126 
547. Yenidoğulma dövründə sepsisə səbəb olan giriş qapısı hansıdır? 
A) Konyuktiva 
B) Burun keçəcəyi 
C) Göbək yarası
D) Dəri 
E) Ağız boşluğu 
Yenidoğulmuşlarda sepsis :hər hansı bir mənbədən mikrobun qan və limfa axınına 
daxil olmasındır. Yenidoğulmuşda giriş qapısınının əsasını göbək yarası təşkil edir. 
Aseptika, antiseptikaya qaydalarına əməl etmədikdə yenidoğulmuşun göbək güdülü 
infeksiyalaşır və sepsis əmələ gəlir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 126 
548.Aşağıdakılardan hansı yenidoğulmuşun hemolitik xəstəliyində orqanizmə 
toksiki təsir edir? 
A) Qlükoza 
B) Xolestrin 
C) Bilirubin
D) Melanin 
E) İnsulin 
Yenidoğulmuşların hemolitik xəstəliyində qanda qeyri-düz bilirubinin miqdarı
çoxalır. O da orqanizmə toksik təsir edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı-2007 səh 305 
549. Uşaqda birinci dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir? 


157 
A) 5-10% 
B) 10-15 % 
C) 15-20% 
D) 20-30% 
E) 30-40 % 
Hipotrofiya arıqlama deməkdir, səbəbi müxtəlifdir. –anada süd azlığı- hipoqalaktiya, 
keyfiyyətsiz bir tərəfli qidalanma, pis qulluq, xroniki xəstəliklər (vərəm dizenteriya və 
s.) 1 dərəcəli hipotrofiyada çəki itkisi 10-15% olur. Uşağın ümumi vəziyyəti 
qənaətbəxş olur. Dəri bir qədər avazıyır ,yuxu, iştaha pozğunluğu müşahidə olunur. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 28 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin