Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə141/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   137   138   139   140   141   142   143   144   ...   274
Tibb bacisi test suallari

507. Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla 
qiymətləndirilir? 
A) 4-5 
B) 1-3
C) 6-7 
D) 9-10 
E)11-12


146 
Yenidoğulmuşlarda asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar 
şkalasına görə uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 119. 
508. Boyunun uzunluğu neçə santimetr olan uşaq yarımçıqdoğulmuş sayılır? 
A) 47 
B) 53 
C) 45 
D) 49 
E) 50 
28-38 həftəliyində doğulmuş çəkisi 2500 qr-dan ,boyu 45 sm-dən kiçik olan uşaq 
yarımçıqdoğulmuş sayılır. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113. 
509. Bişməcənin qarşısını almaq ücün yenidoğulmuşun dərisi nə ilə təmizlənir? 
A) tetrasiklin məhlulu ilə 
B) steril bitki yağı ilə
C) fizioloji məhlulla 
D) poliqlükin məhlulu ilə 
E) qaynanmış su ilə 
Yenidoğulmuşu günaşırı qaynanmış su ilə çimizdirmək lazımdır.Yenidoğulmuşun 
dərisi çox zərif və tez zədələnən olur.Uşağı yuduqdan sonra onun dərisini steril bitki 
yağı ilə silmək lazımdır. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова Детские болезни.1 986 стр 29 
 
510. Yenidoğulmuşun göbək qalığı neçənci gün düşür? 
A) 3-4 
B) 1-2 
C) 4-5
D) 6-7 
E) 8-9 
Uşaq doğulduqdan sonra 2 saat ərzində göbək işlənilir, sıxıcı qoyulur. Göbək qalığı 
quru saxlanılır. Sağalmış göbək qalığı 4-5 ci gün düşür. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 30. 
511. Tibb bacısı poliklinikadan kənarda uşaqda larinqospazm olduğunu görərsə, 
nə etməlidir? 
A) poliklinikaya göndərməli 
B) təcili xəstəxanaya göndərməli
C) oksigen verməli 
D) ürək dərmanları verməli 
E) fizioterapevtik müalicəyə göndərməli 


147 
Larinqospazm səs yarığının daralması, qırtlağın stenozu deməkdir. Bu zaman uşaqda 
tənəffüsün dayanması baş verir. Belə vəziyyətdə uşağa ilk yardım göstərilməzsə, uşaq 
boğula bilər. Ona görə tibb bacısı uşağı təcili olaraq xəstəxanaya göndərməlidir. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 201 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin