471. Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır? A) Həftədə 1 dəfə
B) Gündə 1 dəfə
C) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda
D) Günaşırı
E) Temperaturu yoxlamağa ehtiyac yoxdur
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri saxlamaq üçün soyuducular qoyulur.Burada tələb olunan temperatur gözlənilməlidir (+2 +8) Ona görə gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır. Ədəbiyyat:“Təcrübədə immumlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı- 2010, səh 15 472. Həll edilmiş AGDT (göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir ? A) 5 günədək
B) 7 günədək
C) 1 gün
D) 2-3 saat
E) Vaxt məhdudiyyəti yoxdur
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməkdən əvvəl çalxalamaq ,həll etdikdən sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır. Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7 473. Yenidoğulmuşlarda təmizləyici imalə nə vaxt aparılır? A) Öskürək olduqda
B) Qarında ağrı olduqda
C) Dispeptik əlamətlər olduqda
D) Qusma olduqda
E) Hipotermiya olduqda
Dispeptik əlamətlər (qusma, ishal) həzm pozğunluğu sayılır.Bəzən analar uşağı düzgün qidalandırmır onu çox yediirtməyə çalışır çox vaxt maye vermir və ya az verirlər.Nəticədə sadə dispepsiya deyilən xəstəlik baş verir.Belə halda uşağa təmizləyici imalə aparılır. Ədəbiyyat: Л.А.Исаева.K.А.Баженова.”Детские Болезни” Mockвa1986 səh 369 474. Yeni doğulmuşların göbək qalığı necə işlənməlidir? 1
3 % perekis
2
70 % spirt
3
5 % kalium permanqanat
4
0,5 %-li natrium sulfasil