Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə115/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   111   112   113   114   115   116   117   118   ...   274
Tibb bacisi test suallari

401. İnaq nədir? 
A) Öskürək 
B) Təngnəfəslik
C) Boğulma
D) Hərarətin artması 
E) Hipotermiya 
Yuxarı tənəffüs yollarının katarı, qızılca, qrip zamanı larinqotraxeobronxit olduqda 
baş verən , boğulma inaq adlanır. 
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008,səh 205. 
402. Yalançı inaq tutmasında ilk yardım nədən ibarətdir? 
A) Vitaminlər, xardal yaxması 
B) Ürək dərmanları , ayağa isti vanna 
C) Təmiz hava , ayağa isti vanna, xardal yaxması


118 
D) Antibiotiklər, vitaminlər 
E) Antihistamin preparatlar
Yalançı inaq tutmasında xəstədə narahatlıq qəflətən başlayır, səsi batır, tənəffüs 
səsli olur, boğulma baş verir. Bu zaman təmiz hava, ayağa isti vanna, xardal yaxması 
yaxşı kömək edir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri “Bakı 2008,səh 208. 
403. Kollaps nədir? 
A) Qaraciyər çatışmazlığı 
B) Böyrək çatışmazlığı 
C) Kəskin damar çatışmazlığı
D) Mübadilə pozğunluğu 
E) Qida çatışmazlığı 
Kollaps arterial təzyiqin kəskin surətdə aşağı düşməsi, periferik qan dövranının 
pozulması ilə müşahidə edilən, həyat üçün təhlükəli olan kəskin damar 
çatışmazlığıdır. 
Ədəbiyyat: Л.A.Исaevа, Л.К.Баженова «Детские Болезни», Медицина 1986 стр 
218 
404. Alimentar anemiyaya uşaq yaşının hansı dövründə rast gəlinir? 
A) Yenidoğulma dövründə 
B) Südəmər dövrdə
C) 1-3 yaşlı uşaqlarda
D) 3 yaşdan böyük uşaqlarda 
E) Məktəb yaşında
Uşaqlarda erkən yaş dövründə qan yaranma prosesi çox sürətlə gedir, qan yaradan 
orqanlar çoxlu miqdarda zülal, vitaminlər, mikroelementlər sərf edir. Ona görə də 
qidalanma və qulluğun pozulması infeksion amillər və s. uşaqlarda tezliklə 
anemiyaya gətirib çıxarır. 
Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Баженова «Детские Болезни», Медицина 1986 стр 
176 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin